İran münafiqlərin əmlakının İtaliyada terrorçu təşkilatların müsadirə edilməsi siyahısından çıxarılmasına etiraz edib
İİR servisi/Aran Agentliyi
İİR XİN-nin rəsmi nümayəndəsi deyib: İran münafiqlərin əmlakının İtaliyada terrorçu təşkilatların müsadirə edilməsi siyahısından çıxarılmasına etiraz edib. Müxbirimizin məlumatına əsasən, Həsən Qəşqavi bu gün özünün həftəlik brifinqində artırıb: Tehran diplomatik kanallarla münafiqlərin İtaliyada olmalarına etiraz edib və vurğulayıb ki, münafiqlərin terrorçuluq və firqəçilik mahiyyətində heç bir dəyişiklik baş verməyib.
O münafiqləri 12 min günahsız iranlı, kürd və şiənin qətli amili adlandıraraq vurğulayıb: Bu qaragüruh törətdiyi cinayətlərə görə hələ də terrorçu təşkilatlar siyahısındadır.
İİR XİN-nin mətbuat katibi sonra deyib: Qərbin kəşfiyyat orqanları münafiqlərin cinayətləri haqqında geniş məlumata malikdirlər və bu qaragüruhun mahiyyətinin dəyişdiyini iddia edə bilməzlər.
Qəşqavi ABŞ-ın, Molla Ömərin adını terrorçu şəxs və qruplar siyahısından çıxarmağa dair tədbirləri haqdakı sualın cavabında isə deyib: Qərblilər terrorizm və terrorçularla rəftarlarını əsaslı şəkildə yenidən nəzərdən keçiriblər.
Bu hərəkətin nümunələrini Əfqanıstanda ifratçılarla danışıqlarda və onların adlarını terrorçu qruplar siyahısından çıxarmaqda, Rigi quldur dəstəsi ilə həmkarlıq və bu dəstənin qərbə bağlı olan televiziyalarda təbliği, habelə münafiqlər güruhunun dəvət olunub dəstəklənməsində görmək olar.
Qəşqavi bu hərəkətlərin qərb üçün faydalı olmayacağını vurğulayaraq terrorçulara meydan vermənin bir gün onların özlərini ilişdirəcəyini bildirib və belə əlavə edib: Qərbin bu kimi addımları müsbət deyil və BMT qətnamələrini pozaraq, 11 sentyabr hadisələrindən sonra terrorizmlə mübarizə barədə irəli sürülən iddialara xələl gətirir.
İİR XİN-nin rəsmi nümayəndəsi həmçinin ABŞ-ın Suriyaya hərbi hücumunu pisləyərək deyib: İİR hər cür hərbi təcavüz, hakimiyyətin pozulması və günahsızların qırğın olunmalarını pisləyir.
Qəşqavi ABŞ rəsmilərinin İran rəsmilərinə məxfi məktub göndərmələrinə dair xəbərin doğru olub-olmaması barədə də deyib: Heç bir məxfi məktub alınmayıb və real olan məsələ Amerikanın İran xalqına qarşı düşmənçilik siyasətlərinin davam etməsidir ki, onun nümunəsi ABŞ-ın İranın fiziki və hüquqi şəxsləri -nə qarşı tamamilə birtərəfli və qanunsuz hərəkətləridir.
Qəşqavi daha sonra Fars körfəzi Əməkdaşlıq Şurasının katibi Əbdurrəhman Əl-Ətiyyənin bu gün axşam Tehrana səfər etməsinə işarə edərək deyib: Əl-ətiyyənin İran rəsmiləri ilə görüşlərində iqtisadi əməkdaşlıqların inkişafı, habelə Fars körfəzi ətrafındakı ölkələrlə qardaş və dostcasına həmkarlıqların gücləndirilməsi istiqamətində qaldırıla bilən məsələlər barədə danışılacaq.
İİR XİN-nin mətbuat katibi həmçinin Livanın sabiq prezidenti Emil Lehudun İrana səfərindən xəbər verərək bildirib ki, bu səfər İranın qonşu ölkələrlə əlaqələrinin inkişafı və məsləhətləşmələrin davamı istiqamətində həyata keçir.