Avropa Birliyi ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinə yönəldilmiş fəaliyyətini dəstəkləyir
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan R. və Ermənistan prezidentlərinin Rusiya görüşü ərəfəsində ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyəti və Qarabağ sülh müzakirələrinin həssas mərhələyə çatdığı bir halda, Avropa Birliyinin Qafqaz məsələləri üzrə nümayəndəsi vurğulayıb: «Avropa Birliyi ATƏT-in Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin tezliklə sülh yolu ilə həllinə yönəldilmiş fəaliyyətini dəstəkləyir». Bunları bu gün Ermənistanın paytaxtı İrəvanda «Qara dəniz regionunun təhlükəsizliyi proqramı» mövzusunda keçirilən konfransda Avropa Birliyinin Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Piter Semnebi deyib.
Onun sözlərinə görə, Qara dəniz regionu Avropa Birliyi üçün mühüm əhəmiyyət kəsb edir, xüsusilə də təhlükəsizliyin təminatı , ticarət və iqtisadi əməkdaşlıq baxımından.
Qurumun Cənubi Qafqazdakı xüsusi nümayəndəsi Ermənistan və Türkiyənin iki ölkə arasındakı münasibətləri normallaşdırmaq üçün atdığı addımları da alqışlayıb və qeyd edib ki, iki dövlət arasında yaxşı münasibətlərin qurulması, Türkiyə-Ermənistan sərhədlərinin açılması yalnız Ermənistanın deyil, bütün regionun inkişafına kömək edəcək.