müdafiə naziri David Kezeraşvili və hökumət aparatının rəhbəri Kaxa Bendukidze də vəzifəsi ilə vidalaşmalı olub
Gürcüstan servisi/Aran Agentliyi
Gürcüstan prezidenti Mixail Saakaşlivi baş nazir Vladimir Qurqenidzeni istefaya göndərib. Məlumatı «Reuters» agentliyi Gürcüstan rəhbərliyindəki mənbəyə istinadən yayıb. Xatırladaq ki, Vladimir Qurqenidze bu il yanvarın 21-də baş nazir vəzifəsinə təyin olunmuşdu. Gürcüstan KİV-nin məlumatına görə, müdafiə naziri David Kezeraşvili və hökumət aparatının rəhbəri Kaxa Bendukidze də vəzifəsi ilə vidalaşmalı olub. ik apparata pravitelğstva Kaxa Bendukidze.
RİA "Novosti"-nin məlumatına görə, bu axşam Gürcüstan prezidentinin iqamətkahında parlament çoxluğu ilə görüş olacaq. Parlamentin deputatlarının jürnalistlərə verdiyi məlumata görə, müzakirə olunacaq məsələlərdən biri hökumətdəki kadr dəyişikliyi olacaq.
Hazırlanan kadr islahatları ilə bağlı informasiyaları əvvəllər prezident Mixail Saakaşvilinin özü də təsdiqləmişdi. Lakin o bildirmişdi ki, dəyişikliklər mətbuatın yazdığı kimi genişmiqyasslı olmayacaq. İki həftə əvvəl jurnalistlərə müsahibəsində Mixail Saakaşvili, dəyişiklikləri ölkə rəhbərliyinin avqust hadisələrini təhlil etməsi ilə əsaslandırmışdı.
Artıq yeni baş nazirin adı da məlumdur. İTAR-TASS-ın məlumatına görə, Gürcüstan hökumətinə son illər Türkiyə, Albaniya və Hersoqovinada səfir vəzifəsində çalışan 35 yaşlı Qriqol Mqaloblişvili başçılıq edəcək. Agentliyin xəbərində deyilir ki, bunu Mixail Saakaşvili də təsdiqləyib. O, bildirib ki, Qriqol Mqaloblişvili namizədliyini parlamentə təqdim edəcək.