Tarix : 2008 Oct 28
Kod 8328

İranın Kiş adasında 4-cü FK Beynəlxalq Aviasiya sərgisi açılıb

İranın cənubunda yerləşən Kiş adasında 4-cü beynəlxalq Fars Körfəzi Aviasiya sərgisi açılıb
İİR servisi/Aran Agentliyi
İranın cənubunda yerləşən Kiş adasında 4-cü beynəlxalq Fars Körfəzi Aviasiya sərgisi açılıb. İRNA-nın verdiyi məlumata əsasən qeyd edilən sərgi də  Aviasiya şirkətləri , hava kosmos fakültələri, tədqiqat , planlaşdırma və hava nəqliyyatı mərkəzlərindən təşkil olunan 100-dən çox daxili və xarici şirkət öz nailiyyətlərini nümayiş etdirirlər.
Rusiya , İsveç, Kanada , Türkiyə , Çin , Fransa ,Çexiya və Ukraynadan olan nümayəndələr Kişdə 4-cü beynəlxalq Aviasiya sərgisində iştirak edirlər.
Fars Körfəzi beynəlxalq sərgisinin keçirilməsi ilə eyni zamanda ikinci beynəlxalq Aviasiya nəqliyyatı sənayesi konfransı sabah çərşənbə günün oktyabrın 29-da Aviasiya sənayesi üzrə daxili və xarici tədqiqatçı və ekspertlərinin iştirakı ilə Kişdə keçiriləcək . Qeyd edilən konfransda hava nəqliyyatı sənayesinin ekspertləri və müdirləri təyyarə düzəldilməsi üzrə ən son elmi texniki nailiyyətlərlə tanış olmaqdan əlavə ölkənin hava nəqliyyatı sənayesinin genişləndirilməsi yolları haqda fikir mübadiləsi aparacaqlar.

 

  • Yazılıb
  • da (də) 2008 Oct 28