Ermənistan prezidenti vurğulayıb ki, Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur
Ermənistan servisi/Aran Agentliyi
Ermənistan prezidenti vurğulayıb ki, Qarabağ münaqişəsinin hərbi həll yolu yoxdur.
Müxbirimizin İrəvandan verdiyi məlumata əsasən Serj Sarkisyan Ermənistanın birinci telekanalı ilə müsahibədə deyib: Qarabağ münaqişəsi Az.R-nın yalnız Qarabağ ermənilərinin öz talelərinin təyin etmək üzrə haqqını tanımaq , Qarabağın Ermənistanla quru əlaqəsini bərqərar etmək və beynəlxalq təşkilatlar tərəfindən Qarabağ sakinlərinin təhlükəsizliyinə zəmanət vermək üzrə Ermənistanın üçtərəfli şərtini qəbul etdiyi təqdirdə həll ediləcəkdir.
Sarkisyan Qarabağ münaqişəsinin həllinin yalnız Avropada təhlükəsizlik və əməkdaşlıq təşkilatının Minsk Qrupu çərçivəsində həll edilə biləcəyinə təkid edərək əlavə edib ki, Ermənistan qeyd edilən münaqişədə vasitəçilik etmək üçün heç bir ölkəyə istək irəli sürməyib.
Ermənistan prezidenti əlavə edib ki, bu ölkə Qarabağ münaqişəsinin həlli üçün hər cür yardım almaqdan çəkinmir.
Siyasi ekspertlər Sarkisyanın sözlərini rəsmi İrəvanın Qarabağ münaqişəsi xüsusundakı siyasətinin dəyişilməsinin göstəricisi adlandırırlar.
Sarkisyanın sözləri elə bir halda söylənilir ki, Az. R-nın prezidenti İlham Əliyev keçən cümə günü vurğulamışdı ki, Bakı nə bu gün, nə sabah və nə də 50 il sonra Qarabağın müstəqilliyinə razı olmayacaq.