İİR belə inanır ki, qeyd edilən həssas regionda məntəqə ölkələrinin qarşıdurma rəqabətlərinin zəminləri, cəhətlər və nəticələrini azaltmaq üzrə müştərək səylər qaçılmaz zərurətdir
İİR servisi/Aran Agentliyi
İİR-nin XİN-də 16-cı Beynəlxalq Mərkəzi Asiya və Qafqaz üzrə konfrans işə başlayıb. Müxbirimizin verdiyi məlumata əsasən Qafqazda rəqabət və qarşılaşma , köklər, cəhətlər və nəticələr adı ilə keçirilən bu iki günlük konfransda son Qafqaz olayları araşdırılır.
İİR-nin XİN başçısı Mənuçehr Müttəki qeyd edilən konfransda çıxış edərək deyib: İİR belə inanır ki, qeyd edilən həssas regionda məntəqə ölkələrinin qarşıdurma rəqabətlərinin zəminləri, cəhətlər və nəticələrini azaltmaq üzrə müştərək səylər qaçılmaz zərurətdir.
Müttəki vurğulayıb: Şübhəsiz Qafqazın siyasi sabitliyi onun iqtisadi sabitliyi ilə sıx əlaqədədir, belə ki, bu regiondakı hər cür böhran və sabitsizlik şərq və qərb ,şimal və cənub arasındakı münasib əlaqələr körpüsü kimi Qafqazın coğrafi və iqtisadi mövqeyindən daha da bəhrələnməsinə mane olacaqdır.
İranın xarici işlər naziri Qafqaz regionunun davamlı və balanslı inkişafı və qarşılıqlı əlaqənin möhkəmləndirilməsinə kəskin şəkildə ehtiyaclı olduğuna təkid edərək əlavə edib: Bu istiqamətdə İİR qarşılıqlı hörmət və müştərək mənafeyə əsasən qonşularla əlaqələri genişləndirmək, regional sabitlik və təhlükəsizliyin təmin edilməsi və əməkdaşlıq, regionda əcnəbilərin nüfuzu müdafiəsinin qarşısının alınması və regional böhranların azaldılması və həll edilməsi istiqamətində səyin göstərilməsini özünün regiondakı xarici siyasətinin mühüm və prinsipial prioritetləri sırasına daxil edib.