Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
CƏNUBİ QAFQAZ/AZƏRBAYCAN RESPUBLİKASI
Aran News
70 il kommunist hakimiyyətində dini qadağaların olmasına baxmayaraq, İslam dininin qorunub saxlanması və xalq şiə məzhəbli olması bir İlahi möcüzədir.
Yazıçı:Vəli Cabbarı
Xülasə:
70-ildən artıq diktator kommunist hakimiyyəti Azərbaycan xalqının can və malına hakim olaraq, bəşəriyyətə zidd və dini əqidələrə qarşı yürütdükləri siyasət(xalqın iki nəslini öz ideologiyaları ilə tərbiyə etmək üçün Çar dövləti, xüsusilə kommunist hakimiyyəti İslam orqnlarını dağıtdı)xalqın dini inamına təsir edə bilmədi. 70 il kommunist hakimiyyətində dini qadağaların olmasına baxmayaraq, İslam dininin qorunub saxlanması və xalq şiə məzhəbinə inanması özü bir İlahi möcüzədir.
Bu yolda Azərbaycanın mömin və dindar ruhanilərinin səyiləri az olmayıb.mömin insanlar dini mərasimləri, o cümlədən imamlara ehsan vermək və əzadarlıq mərasimlərini qeyd etməklə İslam dinini qorumuşdular. 70-ildən artıq diktator kommunist hakimiyyəti Azərbaycan xalqının can və malına hakim olaraq, bəşəriyyətə zidd və dini əqidələrə qarşı yürütdükləri siyasət(xalqın iki nəslini öz idiolojiları ilə tərbiyə etmək üçün Çar dövləti, xüsusilə kommunist hakimiyyəti İslam orqnlarını dağıtdı)xalqın dini inamına təsir edə bilmədi.
Azərbaycanın müsəlman xalqı İslami əqidələrindən iftixarla danışaraq, özlərini müsəlman ümətinin övladları adlandırırlar. Ümumiyyətlə, bu Ruhani və dindar insanların müqabilində Sovet ittifaqı dinə qarşı mübarizəsi o qədər də asan iş olmayıb.kommunist hakimiyyəti yaxşı bilirdi ki, onların planlarına və ideologiyalarına xalqın dini etiqadları maneçilik törədir.*
70 il ateizm kommunist hakimiyyəti olmasına baxmayaraq, İslam dini müsəlmanların dərrakəsində qorunub saxlanmışdır.hətta, bu ölkənin xalqı müstəqil olduğu zaman İslamı şüarlar səsləndirmişdilər və onlar İran İslam Respublikasını(bir zaman bu ölkənin ərazisindən idi) ilk deal ölkə hesab etmişdilər.təəssüflə, qərb ölkələrin mənfi təbliğatı nəticəsində Azərbaycan xalqı günü-gündən doğma və ilk yerlərindən(İran İslam Respulikasından)uzaqlaşırlar.
70 il kommunist hakimiyyətində dini qadağaların olmasına baxmayaraq, İslam dininin qorunub saxlanması və xalq şiə məzhəbinə inanması özü bir İlahi möcüzədir. Bu yolda Azərbaycanın mömin və dindar ruhanilərinin səyiləri az olmayıb.mömin insanlar dini mərasimləri, o cümlədən imamlara ehsan vermək və əzadarlıq mərasimlərini qeyd etməklə İslam dinini qorumuşdular.
Qafqaz müsəlmanların əleyhinə yürüdülən siyasi təbliğat, qadağalar, dinə zidd fəaliyyətlər İrandan ayrıldıqdan sonra başlamışdır.Çar dövlətində mövcud olan müxtəlif daxili və beynəlxalq problemlərə görə, bu hakimiyyət qonşu ölkələrlə, xüsusən, İranla Qafqaz xalqının olan ictimai, mədəni, iqtisadi əlaqələrinə maneçilik törətmişdi və gediş-gəliş normal halındaydı. Bu dövürdə bir çox alim dini və qeyri-dini sahələrdə təhsil almaq üçün müxtəlif universitetlərə müraciət edirdilər və ticarətlə məşğula olmaq sərbəst idi.
"Çar dövründə həm dini mərasimlərin icrasına, həm də elmi fəaliyyətlərə icazə verilmişdir.bu növ azadlıq müsəlmanlara və hətta xristiyan ölkəsi olan Gürcüstana da aid idi.böyük və kiçik şəhərlərdə, hətta kəndlərdə Məscidlər inşa edilmişdir.bu ərazilərin müsəlmanları tərəfindən xeyriyyə cəmiyyəti yaradılmışdılar.buralarda İslam dini və mədəniyyətini yaymışdılar.Müsəlmanlar ölkə daxilində fəaliyyət etdikləri kimi, xarici ölkələrdə də fəaliyyət edə bilmişdilər və Rusiyanın bir çox müsəlmanları kollektiv şəkildə Məşhəd və Məkkəni ziyarət etmişdilər.İran və Çar hakimiyyəti müsəlmanlara əlverişli şərait yaratmışdılar.statistikaya görə Çar dövründə 60 minə yaxın zəvvar İran yolundan və ya başqa yollarla Məkkəyə səfər etmişdilər".1
Kommunist hakimiyyəti bərpa olduqdan sonra Azərbaycanda "Kommunist Partiyası"nın güclənməsi üçün iki məqsəd planlaşdırılmışdı.
1. əhalinin İslam dininə və İranın müsəlman mühitinə həmçinin İran Azərbaycanına olan əlqəsi kəsilməli.
2. Kommunist inqilabı Yaxın Şərqə yayılmalı və bu məqsədə uyğun olan ölkə Azərbaycan Respublikası idi.
İstalin hakimiyyəti dövründə çalışırdı ki, xalqı İslam dinindən uzaqlaşdırsın və bu səbəbə görə, Müsəlman bölgələrinə daha çox təzyiq göstərirdi. Müsəlman ölkələri ilə həmsərhəd olan ərazilərə nəzarət gücləndirildi.müqəddəs məkanları ziyarət etməkdən mərhum oldular.Rusların bir məqsədi də bu idi ki, Müsəlmanları, xüsusən, Azərbaycanlıları öz yurd-yuvalarından uzaqlaşdırsınlar və bu ərazilərə Erməni və Rusları yerləşdirmək istəyirdilər.Sovet hakimiyyəti müsəlmanları geri saxlamaq ücün Badkubəni(Bakı) sənaye şəhəri adlandırdılar və müxtəlif xalqlar bu şəhərə işçi kimi gəldi.bundan məqsəd Rusları Badkubəyə(Bakıya) gətirmək və bu şəhəri müsəlmançılıqdan uzaqlaşdırmaq və tam şəkildə Ruslaşdırmaq idi.Belə ki, bütün böyük idarələrdə, müəssisələrdə komiser(vəzir)adı ilə fəaliyyət göstərən bir neçə nəfərdən başqa bütün həssas vəzifələr Ruslara, Ermənilərə və Yəhudilərə verilmişdir və şəhərlərin, küçələrin adıları tanınmış Rus alimlərin və məşhur nizami qüvvələrin adları ilə əvəz olunmuşdu. və neft olan ərazi isə Lenin, İstalin, Molo və sa. adlarını daşıyırdı.2
Sovet hakimiyyəti Azərbaycanın məşhur və tarixi şəhrlərinin adlarını, o cümlədən "Gəncə"ni "Kirovabad" və "Xankəndi"ni isə "Stpanakrt" adlarına dəyişdirmişdir.bəzi Erməniləri və Rusları orada yerləşdirmişdir.onlar Qarabağ ərazisində də bu siyasəti yürütdülər.hal-hazırda bu bölgə Azərbaycan və Erməni arasında ixtilaf mövzusu olaraq dünyanın böhran bölgəsinə çevrilib.böyük dövlətlər bu ixtilafdan sui-istifadə edərək, öz mənfelərini güdürlər.
Rusların strategiyası bundan ibarət idi:
1. Mühacir Rus kəndlərini bərpa etmək.
2. Rus dili və mədəniyyətini məcburi şəkildə öyənməmək və milliliyi qoruyaraq xristiyanın ortodoks məzhəbini yaymaq.
3. Müsəlmanlar dini dəyişməklə Rusların ictimai-mədəni mühitinə cəzb etmək.
4. Ziyalıları cəzb etmək.
5. Nəzəri və praktik şəkildə İslam dinini məhv etmək.
6. Müsəlmanlar təhqir etmək, köçürmək və kütləvi şəkildə öldürülmək3.
Dindarların əleyhinə qorxu və qadağa o qədər çox idi ki, müsəlman və mömin insanlar öz evlərində də dini mərasimləri icra etməkdən qorxurdular.dinlə məşğul olan şəxslər ağır cəzalara məhkum olurmuş. çoxlu ruhani və mücahid dini qorunmaq üçün Allahsızlarla mübarizə etmişdilər və bu yolda şəhid olarlarda var.
Sovet hakimiyyətində müsəlmanlara qarşı yürütdüyü siyasət dövürlərə görə fərqlənir.beləki, bu hakimiyyətin bərpasından 1929-ci ilə kimi və bu ildən 1942-ci ilə kimi.bu hadisələri bir neçə dövrə ayırmaq olar:
1. Sovet İnqilabının ilk mərhələsində(1920-1930):
1920-ci ilin on illiyində dinə qarşı mübarizə şiddətləndirilmişdir.dindar şəxslər tutuqlanaraq, həbs edilmişdilər.Azərbaycan ərazisi işğal edildikdən sonra ruhanilər, Rusların məqsədinə, yəni Ateist ideologiyalarına qarşı olduğu üçün onlara böyük maneçilik törətmişdilər.universitetlərin, məktəblərin, Məscidlərin qarşısında dinə qarşı müxtəlif çıxışlar etmişdilər.dindarlıq xalqın zatında olduğu üçün bu növ mənfi təbliğatlar, dinə zidd siyasi hərəkatlar qısa zaman ərzində cavab verməmişdi.20-ci əsrdən öncə Azərbaycanda dini maarif və mədəniyyət inkişaf etmişdir.dini alimlər günü-gündən çoxalırdı və dini və elmi baxımında Müsəlman cəmiyyətində yerləri var idi.bəzi ruhanilər müctəhid idi və Məşhəd, Nəcəf, Qum və başqa şəhərlərdə təhsil almışdılar.Lenin ruhanilərin məhv olunmasını, sürgün edilməsini və həbs edilməsinin əmrini vermişdir.bəzi ruhanilər sürgün edilərək, vəhşi Rusların arasında layiq olmayan işlər görmüşdülər. 800 nəfər ruhni öldürülmüşdür. Bunların 17-si müctəhid idi və Məşhəd, Nəcəf, Qum və... təhsil almışdılar.indiki ruhani alimlərin dediyinə görə, Fəlsəfə və Nitq elmləri həmişə Azəri ruhanilərin inhisarındaydı.o dövrün müctəhidləri Ayəttullah Seyid Qəni Badkubeyi və Ayəttullah Şeyx Qüdrətüllah İbrahimi(Ayəttullah İsfəhani)faciəli şəkildə şəhid olmuşdular.onlar Allah yolunda mübarizə etmişdilər.4
Azərbaycan xalqı şiə məzhəb olduğuna görə, daha çox repressiya məruz qalmışdılar.lakin, başqa yerlərdə də dinə qarşı hərəkat yürüdülmüşdür.Sovet hakimiyyətinin ilk onilliyində dinə qarşı yürüdülən mənfi siyasət daha tədbirli şəkildə icra olunurdu, çünki xalq dinə daha çox bağlı idi.
2. Sovet İnqilabının ikinci mərhələsində(1928-1942):
1928-ci ilin sonlarında İstalin iş başına gəldi.onun gəlişi ilə bütün dinlərin əleyhinə mübarizə şiddətləndirildi.məscidlər dağıdıldı və dindarlar, ruhanilər repressiyaya məruz qaldılar.bu illər İslam tarixinin dəhşətli və faciəli dövürüdür.
əgər bu hakimiyyətin dinə qarşı yürüdülən siyasətini və bu rejimin diktaturasını xülasə etsək, bu real nəticəni əldə edərik:
A. İslama zidd hərəkat:
-Müsəlmanların bir yerə toplanmaması üçün məscidlər, xangahlar və ziyarətgahlar dağıdılsın.
-Dünya və İslami cəmiyyətlərlə əlaqəni kəsmək.
B. Mədəniyyətə və dəyərlərə zidd çalışmalar:
-İndiki nəsl ilə gələcək nəslin mədəni əlaqələrini kəsmək üçün Ərəb və Fars əlifbasından kiril əlifbasına keçmək.
-Qafqaz müsəlmanların və Orta Asiya müsəlmanların mədəni əlqələrini İslam dünyası ilə kəsmək.
-Əkinçilik sahəsində ənənəvi şəkildə istehsal üsulunu kolxozla dəyişdi.
-Ümumxalqın dilini Rus dili etmək, Rusları üstün millət göstərmək.
- Azadlıq uğrunda mübarizə adı ilə müsəlman qadınların heysiyyətinə toxunmaq.
- Rusları geniş şəkildə müsəlmanların tarixi yurdlarında yerləşdirməsi.
-Əxlaqsız və əyyaş məclislərin bərpa etməsi.
-Siyasi-ictimai hərəkətlər
C. Milli məsələlərə və milliyyətə zidd hərəkatlar:
- Ölkələrin vəhdətini və birliyini pozaraq, siyasi millətçilik hərəkatı təşkil edilməsi və milli, məhəlli hisslərin oyanması.
- Bütün xalqların taleyini mədəniyyət, ictima və hakimiyyətin taleyinə bağlaması.
-"Qafqaz Müsəlmanlar"partıyasını dağıdaraq, milli hərəkatlarla mübarizə etməsi.
- Sağlam düşüncələrin məhv edilməsi.
D. Müxtəlif təmizləmələr:
-Həbs edilən şəxslərin geniş şəkildə edam və sürgün edilməsi, Sibirdə məcburi iş düşərgəsi təşkil etmək.
-Fanatizmlikdən düzəlmiş qalalar, tarixi-milli və qəhrəmanlıq əsərləri adlandırmaq.
-Hər hansı bir rütbə və vəzifdə olan şəxsi işdən çıxarmaq və ya işə təyin etmək
-Şəhərlərin dağıdılması5
3. "İkinci Dünya Müharibəsi"ndə və ondan sonra nisbi surətdə dini azadlıq:
"İkinci Dünya Müharibəsi"başlandıqdan sonra, Sovetlər müharibənin əsli tərəfdarları oldular. müharibədə könüllü əsgərlərin iştirak edilməsi tələb olunurdu. xalqda savaş ruhiyyəsini yüksəklətmək üçün azacıq şəkildə dini azadlıq verilmişdir.hakimiyyətin ixtiyarında olan ruhanilər, həmçinin ağsaqqalılar və keçmişdə dindar olan şəxslər müharibə bölgələrinə göndərilərək, əsgərlərə dini ideya uğrunda mübrizə etdiklərini söyləmişdilər.bu yolda bütün mətbuat organları da fəaliyyət göstərmişdilər.zahirdə dini mərasimlərin icrasına izin verilmişdir.amma"bu aldadıcı azadlıqlar Azərbaycanda və başqa bölgələrdəydi.əslində dini azadlıqlar yox idi və bu azadlığı xarici səfirlərə və jurnalıstlərə göstərmək üçün bir neçə Mescid açıq idi.başqa məscidlər və dini organlar bağlı idi.1960-cı illərdə gizli şəkildə dini mərasimlər icra edilmişdir.ondan sonra(KGB)qüvvələrinin etirazı nəticəsində məhdud şəkildə dini mərasimlər icra edilmişdir."6
əlbəttə, İstalinin ölümündən sonra bəşəriyyətə və dinə qarşı diktatura azalmışdır.hətta, aillələri təssəli etmək üçün cinayətkarlara məhkəmə təşkil edilmişdir və onlar cəzalandırılmışdılar?!həmçinin Sovet hakimiyyəti siyasi və beynəlxalq sahadə İslami ölkələrin himayəsini cəlb etmək üçün Müsəlmanlara məhdud şəkildə dini azadlıqlar vermişdir.Səfirlər İslami ölkələrə göndərilmişdir.amma bu siyasətlər aşağıdakı məqsədlər əsasında icra edilmişdir:
1.Üçünçü dünya ölkələrinə qəbul etdirsin ki, Sovet və Qafqazda İqtisadiyyat yüksəkdir.
2.Dünya ölkələrini qəbul etdirsin ki, Sovet və Qafqazda demokratiya hakimdir.
3.İslam ümmətini qəbul etdirsin ki, Sovet ölkəsi onlarla dostdur.
Sovet hakimiyyəti İslam dövlətlərinin xadimlərini ölkəsinə dəvət edərək, öz nümayəndələrini də İslami ölkələrə göndərmişdir.İslami ölkələrlə qarşılıqlı əlaqələri möhkəmləndirmək istəsə də, dünya müsəlmanların fikrini dəyişdirə bilməmişdir7.
Sovet hakimiyyəti din, siyasət və başqa işlərə inəzarət etmək üçün"Qafqaz Ruhanilər"idarəsi bərpa etdirdi.
4. "Qafqaz Ruhanilər" idarəsi:
Qafqaz bölgəsi məzhəbi olduğuna görə,xüsusilə Azərbayacan Respublikasının əhalisinin əksəriyyəti şiə məzhəb idi.bu əhali şəriətə aid(xums, zəkat və...)haqqı ödəmələri və təqlid olunmağa layiq olan ruhani şəxsiyyətlərdən itaət etdiklərinə görə çar rejimi dini(istər əqidə, istər sə də mali) işlərə nəzarət etmək üçün, müsəlmanların əlaqəsini dünya müsəlmanlarla kəsmək üçün və həmçinin öz əqidələrinə uğun dini ruhaniləri tərbiyət etmək üçün "Qafqaz Ruhanilər"idarəsini təşkil etmişdilər.bu idarə kommunist hakimiyyətindən öncə təşkil edilmişdir və bu siyasət birinci dəfə Tatarıstan və Orta Asiyada sonra Qafqazda icra edilmişdir."1920-ci ildən öncə "Ruhanilər" idarəsi müctəhidlərlə mübarizə etmək üçün və dindarların əlaqəsini Nəcəf, Qum və Məşhəd şəhərindəki alimlərlə kəsmək üçün təsis edilmişdir.onlar istəyirdilər ki, müsəlmanlar təqlid olunmağa layiq olan ruhanilərdən uzaq olsunlar.bu dövürdə "Ruhanilər"idarəsi dövlətin nəzarətindəydi."8
Rusiya inqilabı və kommunist hakimiyyətindən sonra bütün dini işlər və proqramlar qadağan edilmişdir.hətta, Rusların məqsədini yerinə yetirmək üçün bərpa edilən"Ruhanilər"idarəsi bağlanmışdır.bütövlükdə dinə aid hər bir şey qadağan edilmişdir.bu siyasət, 1940-ci ilin əvvəllərinə kimi davam edilmişdir.
"İkinci Dünya Müharibəsi"ndən sonra və azadlığın çoxalması zamanı dünya xalqları müsəlmanlara təzyiq göstərdiklərinə görə, Sovet hakimiyyətini tənqid etdilər.dünya xalqlarına, xüsusilə İslami ölkələrə zahirdə dini azadlığın olmasını göstərmək lazim idi.həmçinin dini işlərə nəzarət etmək üçün, müsəlmanlar və islamçıların gizli fəaliyyətlərinin(1942-ci ildən sonra) qarşısını almaq üçün "Ruhanilər"idarəsinin açılması zəruri idi.başqa sözlə desək, onların məqsədi saray ruhaniləri tərbiyə etmək idi.1940-ci ilin onilliyində bu təşkilat Taşkənddə təşkil edilmişdir.sonra Tiflis sonunda isə Bakı şəhərinə köçürülmüşdür."Ruhanilər"idarəsi Bakı şəhərində açıldığına görə, bütün müsəlmanlar(Şiə, Sünni)dini mərasimləri icra etmək üçün bu organa tabe olmalıdılar.İstalinin ölümündən sonra və Xrişçov hakimiyyət başına gəldikdən sonra bu siyasət açıq-aydın şəkildə icra edilmişdir.onların məqsədi dini kontrol etmək və siyasətdən dinin ayrı olduğunu təlqin etmişdilər.kommunist hakimiyyəti xalqın dinə inancını məhv edə bilmədiyi üçün bu qərara gəldi ki, özləri xalqa molla və ruhani seçsinlər.saray mollaları irticaçı sözlərlə, xurafat və təhrif edilmiş dini xalqa öyrətmişdilər.dövlətin xarici siyasəti bu idi ki, hakimiyyətə edilən tənqidin-dini qadağlara görə- qarşısında yalançı din azadlığını göstəsinlər.İslami ölkələr Sovet ölkəsinə küfr gözü ilə baxmışdılar. hakimiyyət şəriətə uyğun olduğunu sübut etmək üçün bu təşkilatı bərpa etmişdir və yalançı din azadlığı vermişdir.onlar dinlə mübarizə etmək üçün əqidəsiz, faydasız, inamsız, irticaçı və kommunist tərəfdarları olan ruhaniləri tərbiyə etmişdilər.saray ruhaniləri məsciddən çıxdığı zaman içki içərək, xalqı inandırmağa çalışmışdılar ki, namaz qılmaqla və məscidə getməklə şərab içmək, qumar oynamaq və şəriətə zidd olan başqa işləri də görmək mümkündür.demək olar ki, onlar öz işlərində uğurlu olublar.belə ki, Azərbaycan Respublikası müstəqil olduqdan sonra mövcüd olan dini problemlər ondan qaynaqlanır.hər zaman xalq arasında dini bəhs olunanda, xalqın zehninə "Ruhanilər"idarəsi gəlir. saray ruaniləri Azərbaycanın məşhur varlılarıdır.hal-hazırda dinin geniş şəkildə yayılmasına icazə verilmir və şiələr ağır şəraitdədilər."9
Bu təşkilatin ruhaniləri hakimiyyətin himayəsindədilər və saray ruhanilərinə məşhurdular.onlar dövlətin, xüsusi ilə, təhlükəsizlik organın sözlərini xalqa diktə edirlər.bunların əksəriyyəti dövlətin məqsədlərini güdürlər və din, imanları yoxdur.dövlətin istəyi əsasında təşkil edilib. Sovet hakimiyyəti dinə nəzarət etmək üçün və hakimiyyətin sekulyarizm məqsədlərinə görə "Qafqaz Ruhanilər" idarəsinin bərpa edilməsinə kimsə şübhə edə bilməz.amma bəziləri də dini öyrənmək və yaymaq üçün bu təşkilata daxil olublar.onlar İslam dinini diri saxlamaq üçün hökümətə qarşı çıxmamışdılar və çalışmışdılar ki, İslam dinini yaysınlar və öyrətsinlər.Azərbaycanın müxtəlif ərazisində yaşayan bəzi ruhanilər dövlətə tabe olmayaraq dini əqidələri xalqa öyrətmişdilər. O cümlədən, Axund Əli Bəndə Bakı şəhərində dini öyrətmişdir.Axund Məsib Sabirabad şəhərində, Mirzə Xəlil Neftçalada- 10 il həbsdə qalmışdır-,Molla Əhməd Bayramlıda. Axund Məzahir, Axund Bülbül, Molla Əli, Şeyx Möhsün 1953-dən 1975-ci ilə kimi "Qafqaz Ruhanilər"idarəsinə üzv olaraq, dinin təbliğinə yardım etmişdilər.Azərbaycan Respublikası müstəqilliyini əldə etdikdən sonra hakimiyyətdə olan şəxslər laik, sekulyarizm olduqlarına görə, "Qafqaz Ruhanilər"idarəsi mahiyyətcə mühafizə olunub.və keçmişdəki məqsədləri qorumaqla(zahirdə demokratlaşmış)fəaliyyət göstərir.hətta hakimiyyət dövlətin içərisində dini komitə təşkil etməklə çalışır ki, müxtəlif siyasətlərlə ictimayyətə daxil olsun və bu təşkilatın tam səlahiyyətli olmasına imkan yaratmasın.
Sovet müxtəlif dövrlərdə ruhaniləri öldürülməklə və məscidləri dağıtmaqla müsəlmanlara daha çox təzyiq göstərmişdir.ruhanilərin əksəriyyəti şəhid oldu və dini ocaqlar dağıdıldı.
“1929-cu ildən 1939-cu ilə qədər 300 mindən çox ruhani, ziyalı və sa. müxtəlif təşkilatların vasitəsi ilə öldürüldü.”10
“ruhanilər 1930-cu ilin son on ilindən etibarən təqib olunurdular.Quran qadağan olundu.Azərbaycanın bütöv ərazisində bir məscid qalmadı.məscidlər ya dağıdıldı ya da anbara, məktəbə və ya kitabxanaya çevrildi.22 günün ərzində Qubada(1928-ci ilin dekabr ayının 15-dən 1926-cı ilin yanvar ayının 6-a kimi)18 məscid ya dağıdıldı və ya məktəb, kitabxana və sa.çevrildi.1929-cu ildə Azərbaycanda 400 məscid bağlandı və 120 məscid dağıdıldı və ya məktəbə ... çevrildi.”11
Halbuki, rəsmi məlumata əsasən Bolşevik inqilabından öncə yalnız Bakıda 34 məscid var idi.ancaq 1949-cu ildə isə yalnız 1 məscid var idi.siyasi baxımdan azadlığını olmasını xarici ölkələrə göstərmək üçün bu məscidə(Təzə Pir)toxunmadılar. heç bir zaman müsəlmanların yaddaştından 1937-1943 illərdə baş vermiş hadisələr sılınməyəcəkdir.
“1934-38 illər arasında 27458 nəfər öldürüldü, öldürülənlərin içərisində ruhanilər az deyildi, hətta onların içərisində Quranın tərcümə edənlər də var idi. 1937-ci ildə daha çox ruhanilər öldürüldülər.bu illərdə dağıdılmış dini ocaqların bir sırasını qeyd edirik:
Nardalan və Məşdağa
Azərbaycanın İslam tarixində Bakı şəhərindən çox Bakı ətrafında olan qəsəbələrin rolu daha çox idi və çoxlu islamı əsərlər mövcuddur.İmam Əlinin ayaq izi Bakının yaxınlığında yerləşən kənddə(Bizovna)dir.və gündə onlara insan buranı ziyarət edir.
Nardalan və Məşdağa qədim zamanlardan bəri dini təhsil ocağı olub və 1937-ci ildə ruhanilərin əksəriyyəti şəhid oldular.Quran kitabları yandırıldı, məscidlər dağıdıldı və din ocaqları muzeyə çevrildi.Nardalan məscidi tarix muzeyinə və kənd təsərrüfatına çevrildi. indi də topların izi məscidlərin minarəsində qalır və Şeyx Bəhayi və Şah Abbas dövrünə aid Ərəb və Fars əlifbasında yazılmış memari əsərləri qalır.böyük insanlar, o cümlədən Səttar Bəhlulzadə bu şəhərdə yaşamışdı.deyilənlərə görə ölənə kimi kril əlifbasından istifadə etməmişdi və deyirdi ki, kril əlifbası Rus ordusunu xatırladır”12.
Qədim dövrlərdən bəri Nardalan dini təhsil ocağı idi.və buna görə də çoxlu şəhid verdi.
“Nardalan qəsəbəsi 1937-ci ildə 1000-1500 nəfər əhalisi var idi.bu dövürdə kommunistlər 5 ruhani(1 nəfər də etiraz edən şəxsi)öldürdülər.bir sıra ruhanilər isə Sibirə sürgün edildi və bir sırası isə Hosan, Qala, Buzovnadakı quyulara atıb öldürüldülər.o illərdə 70 min nəfərə yaxın ziyalı, ruhani və sa. öldürülür və bir çoxu Sibirə sürgün edilərək şəhid oldular.bir sırsı isə Azərbaycanın həbsxanalarında öldülər.”13
Azərbaycanın Şiə ruhanisi Ayəttullah Şeyx Əbdülqəni Badkubeyi, Bakın yaxınlığında güllələnmişdi.”şəhid Ayəttullah Şeyx Əbdülqəni Badkubeyi mübarizədən əl çəkmədi və nəhayət din yolunda 1350(h.q)-ci ildə 4 ay həbsdən sonra şəhid oldu.bu ruhaninin kənarında din adamlarından olan iki nəfər Seyid Məhəmməd və Şeyx Hənifə Badkubə də şəhid oldu.Bizovnadan Şeyx Həsən Ramaneyi və Şeyx Kamyab şəhid oldular.başqa şəhid olanlar, Əbdülğaffar Ordubadi idi, şəhid Əbdülqəni tutuqlandıqdan sonra həbs edildi və şəhid oldu.”15
“kəndimizin 5 böyük alimi Ayəttulha Şeyx Əhməd, Ayəttulha Şeyx Əbdülqəni, Ayəttulha Şeyx Məmmədəmin və onun oğlunu dənizə atmışdılar.atalarımız deyirdi ki, 1934-1937-ci illərdə 70 min nəfər şəhid olmuşdu. Ruhanilərin belinə daş və ayaqlarını bağlayaraq dənizə atmışdılar. boğulduqdan sonra əmmamələri dənizin üzərində görünmüşdü.ruhanilərin bir sırasını quyuya salmışdılar və ağzını daşla örtmüşdülər.bəzilərini Sibirə və sa.sürgün etmişdilər.kommunistlərin məqsədi şiə və islamı məhv etmək idi.”16
“1937-ci ildə Nardalanda ruhanilərin əksəriyyəti şəhid oldular.onları quyuya atırdılar.xalqı qorxutmaq üçün bu işləri görürdülər.Nardalandan 5 böyük din xadimi şəhid oldu, o cümlədən Şeyx əhədağa, Şeyx Rəsul, Şeyx Ağa.onlardan sonra Şeyx Əla, Ağa Möhsün və Məşədi Məzahir işkəncəyə məruz qaldılar və Məşədi Məzahir Sibirə sürgün olundu və on ildən sonra Sibirdə şəhid oldu. sonra qardaşları yolunu davam etdilər.”17
“eşitmişik ki 1937-ci ildə Nəcəf, Qum, Məşəd və sa. yerlərdə təhsil almış ruhanilər, Bakı yaxınlığında yerləşən və Nargin adlanan quyulara salmışlar və sonra dinamitlə patladaraq onları şəhid etmişdilər.Nardalanın 7-8 ruhanisi Sibirə sürgün olundu, o cümlədən Şeyx Mirzə Müəllim Mələkov, Şeyx Məhəmməd Əmin, Şeyx Mir Qəni Badkubeyi və sa.ruhanilərin bir çoxu evdə həbs olundular.”18
Zirə
1937-ci ildə Həbibüllah Əlizadə Molla Teymurun oğlu şəhidlərin biri idi.cəsur və mərd idi.kommunistlərdən qorxmadan İslam dininə xidmət edirdi.Sibirdə şəhid oldu.hətta Bolşoviklər onun cəsdəni ailəsinə də vermədi və Həbibüllah Əlizadənin ölümündən 20 il sonra 1958-ci ildə məhkəmə utanmadan günahsızlığına dair bir hökm çıxartdı.”19
Azərbaycanın cənub bölgələri İran İslam respublikası ilə həmsərhəd olduğuna görə din baxımdan İrana daha yaxındılar.bu üzdən daha çox sıxıntılara məruz qaldılar.
Masalı
Masalılar Talışdılar. sayca bu şəhərin əhalisi İranın Astarası kimidir.Masalı qədimdən müqəddəs və məzəbi yerdir.indiyə kimi 17 məşhur müctəhid və alimin qəbri buradadır, o cümlədən Mir Baqır, Mir Əşrəf, Seyid Cəmaləddin, Pir Hüseyn, Baba Sabit və sa.Şeyx Kəlxuran kəndində Seyid Cəmaləddinin böyük ziyarətgahı var.başqa ziyarətgah Pir Hüseynə aiddir.burada yazılmış abidələr ərəb və fars əlifbasındadır.bu abidənin bir çoxu qarət olunub.
Salıyan
Qədim zamanlar Salıyan(dar-ul mömenin)adı ilə məşhur idi və bir çox din xadimini şiəyə və Azərbaycana təqdim edib.şəhərin bir mömini belə deyir:1937-ci ildə 11 böyük alim burada yaşayırdı.bu alimlər 1890-cı ildən öncə və sonra Qum, Xorasan və Nəcəf şəhərlərində dini təhsil almışdılar.onların çoxu şəhid oldular.1923-cü ildə Seyid Məhəmməd Ağa və Mir Əşrəf Ağa şəhid oldular. “Qırmızı Mollar”adı ilə məşhur olan şəxslər öz mənafeləri üçün və bir vəzifəyə çatmaq məqsədi ilə bu ruhaniləri ifşa etdilər.Mir Baqır Ağa həbsdə olmasına baxmayaraq Məhərrəm ayında əzadarlıq edirdi və Quranı tərcümə edirdi.hətta deyilənlərə görə bir neçə xristianı da müsəlman etmişdi.o, 1937-dən 1941-ci ilə kimi həbsxanadaydı.bir gecədə bu məntəqədən 1000 nəfər ruhani, musiqiçi və ədəbiyyatçı və sa.qətllə yetirildi.”20
Molla Əbdüllah və Molla Əşrəf məşhur alimlərdəndilər.1934 və 37-ci illərin qurbanlarındandılar.Molla Əbdüllah xalqa din dərsi verirdi.o, Sibirdə şəhid oldu.başqa ruhanilərdən biri də Molla Muxtar idi.ona əmr etmişdilər ki, Quranı yandırsın, ancaq o, bu əmri yerinə yetirməyib şəhid oldu.”21
Lənkəran
Lənkəran Azərbaycanın məşhur şəhərlərindən biridir.12-ci əsrdə Talış xanlığının mərkəzi olmuşdur.lənkəranın seyidləri Ziyabrın seyidlərindəndilər.buraya hökumət edirdilər və İrana tabe idi. Onların cəddi Mir Cəmal bəy idi.”22
Şirvan
Şirvanşahlar dövlətinin şəhəri idi.iki müqavilə imzalanmadan öncə İrana tabe idi.dəfələrlə xalq Ruslarla mübarizə etmiş, ancaq müqavimət göstərə bilmədilər və nəhayət Rusiyaya tabe oldular”23
Şirvanda 323-cü(h)ildə inşa edilmiş məscid, 1930-cü ildə ermənilərin vasitəsilə dağıdılmışdı.məscidin ətrafında olan otaqlar göstərir ki, yüzlərlə tələbə burada dini təhsil almışlar.bu məscidin 4 minarəsi var idi.1937-ci ildə başqa yerlərdə olduğu kimi Şirvanın məscidləri bağlandı.
Şamaxı
Azərbaycanın məşhur şəhərlərindən biri də Şamaxıdır.Qafqaz dağlarının cənubunda yerləşir.buranın xanlığı Şirvanşah, Səfəvilər və Nadir şah dövründə İrana tabe idi.Şamaxı dəfələrlə İran və Rusiya arasında mübadilə edilmişdir.və nəhayət Rusiyaya verildi.24
Şamaxı şeir şəhəridir, Xaqani və Sabirin şəhəridir.bu ərazinin xalqı əvvəlcə Tat dilində(farsca)danışırdılar.hətt yaşlılar bu dili qoruyublar.uşaqlar da az-çox bu dili bilirlər.
Qəbələ
Qəbələ əski tarixə malikdir.sasanilər dövründə qabaqcıl mədəniyyətə sahib idilər.Qəbələnin 52 km-liyində ziyarətgahlara rastlaşmaq olar, o cümlədən Şeyx Mənsur, Molana Əbubəkr, Şeyx Bark, Şeyx Bədrəddin, Şeyx Şəmsəddin və sa.
Şəki
Şəki şəhərinin adı Sakalardan alınıb.əhali əkinçilik, heyvandarlıq və ipək istehsalı ilə məşğuldular. əhalinin musiqiyə, şeirə əlaqəsi çoxdur.döyüşkən və mübariz əhalisi var.1930-cu ildə ruslar mülklərini mənimsədiyi zaman onlarla müharibə etmişdilər.şəhər 5 gün əhalinin əlindəydi, nəhayət ruslara tabe oldu.
Zaqatala
Azərbaycanın şimalına yaxınlaşdıqca Şeyx Şamil və böyük inqilabçıların qəhrəmanlıqlarını hiss edirik.Qafqazın şimalına doğru hərəkət etdikcə tarixə daha yaxınlaşırıq.Şimalın məşhur məscidi “Sədr İslam”dır.abidə ərəb və fars əlifbasında yazılıb.kommunist dövründə bu məscidlər dağıdıldı və indi də əhali bu məscidlərin arzusundadılar.Dağıstan, Çeçen və Azərbaycanda formalaşan naxışlar, həmçinin Əfəndi, Əlməcdi, Əlxaldı və ləqəbləri “Əlarif Billah” olan şəxslərin məzarları Zaqataladadır.Şeyx Yunisin qəbri buradadır. qəbir daşları ərəb və fars əlifbası ilə yazılıb.bu məzarlıq 1920-ci ildə Rus generalının vasitəsi ilə təmir olundu.Zaqatala İslam dininin ocağı olmasına baxmayaraq, bu gün xristianlığın yayılma mərkəzinə çevrilib. Şəhərdə bir çox kilsə inşa edilib və xalq yaşayış proplemlərini aradan qaldırmaq üçün xristiyan olurlar.
Gəncə
Mühüm şəhərlərdən biridir, dindarlıqda məşhurdur.bu şəhər başqa şəhərlərə görə nisbətən az təzyiqə məruz qalıb.bir möminin araşdırdığına əsasən bu şəhərin 88/6 % əhali öz uşaqlarını tərbiyə etmək istəyir və 1/97% İslam dinini başqa dinlərdən üstün bilir və 67% İslam dininin genişlənməsini istəyir.bu şəhərin müxtəlif məhəllələri var və hər bir məhəllənin özünə məxsus tayfası var.Tat, Qışlaq, Zərabi, Çay Qırağı və...
Bakıdan sonra Gəncə şəhəri böyükdür.o biri şəhərlərə görə moderndi.tarix boyu müxtəlif məscidlər tikilib və indiyə kimi mövcuddur.buranın məşhur məscidi”Şah Abbas”dır.son zamanlar iranlılar bu məscidi təmir ediblər.İranın məşhur şairi Nizami bu şəhərdə andan olmuşdur.Şahzadə İbrahım İmam Məhəmməd Baqırın oğluna aid bir ziyarətgah burada var.bu ziyarətgah və məscid ərəb-fars əlifbası ilə yazılan abidələrlə bəzədilib.Gəncənin bir çox məscidi ya bağlı və ya əhəmiyyətdən düşüb.əksinə olaraq kilsələr daha fəaldılar?!
Qusar
Əhalinin mənşəyi Talışdır və keçmişdə bu dildən istifadə etmişdilər.yaşlı nəsl bu dili yaxşı bilir.”Şeyx Cüneyd”in məzarı buradadır.1456-cı ildə Şirvan şah dövründə şəhid oldu.bu alimin qəbir daşı ərəb-fars əlifbasında yazılıb.qərbin mədəniyyəti ölkənin hər yerində yayılıb və bu məzarın kənarında əyləncə mərkəzləri fəaliyyət göstərir.Şeyx Heydər, Şeyx Cüneydin oğlu atasının yolunu davam etdirmişdi.Şeyx Heydərin məzarı Ərdəbildədir.Şah İsmayıl dövründə buraya köçürülmüşdür.
Quba
Quba məzhəbi şəhərdir.burada müxtəlif dinlər-şiə, sünni və yəhdi- mövcuddur.İmam Hüseynə əzadarlıq etməyə daha çox əhəmiyyət verirlər.hətta kommunist dövründə də gizlicə əzadarlıq edirdilər.Qubanın məşhur alimi Mir Fətəli burada dəfn edilib.bu məzarın üzərində fars-ərəb əlifbasında yazılar var.
Xaçmaz
66 nəfər mömin və 66 pirin olması bu şəhəri daha məşhur edib.onlar Şeyx Heydərlə Şirvanşahın müharibəsi zamanı şəhid olublar.ərəbcə yazıların olması, Qurana bağlı olduqlarını sübut edir.
Şuşa
Qarabağın işğal olunmuş şəhərlərindən biri də Şuşa şəhəridir.bu şəhərin əhalisi Azərbaycanın müxtəlif şəhərlərində acınacaqlı vəziyyətdə yaşayırlar.məscidləri xarabaya çevrilib, şəhərdə namaz qılmağa bir məscid yoxdur.məscidlər yandırılıb.məscidlərin minarələrində güllə izləri var.Quran ayələri yerə dağıdılıb.halbuki, kilsələrin minarələri gözəl və təmizdir.İncillər diqqətlə muzeylərdə qorunur. qəbir daşların üzərinə fars-ərəb əlifbasında yazılar mövcuddur.
Naxçıvan
Naxçıvan Qafqazın məşhur şəhərlərindən biridir.Ordubad Xacə Nəsirəddin Tusinin və Səfəvilərin məşhur vəzirlərinin vətənidir.bu kiçik bölgə Ermənistanla Arazın ortasında yerləşir.Ermənistanın vasitəsi ilə Azərbaycandan ayrılıb.kommunistlər buranın da şiə məscidlərini dağıdıblar.çox az miqdarda memarlıq əsərləri və dimi məkanlar mövcuddur**.
Qaynaqlar
Qeyd olunmuş sözlər son on ilin tədqiqatın nəticəsindədir.şəxslərin adları və ünvanları müəlifində qorunur.
*كتاب ماهیت تحولات در آسیای مركزی و قفقاز – تالیف جمعی از مولفان، انتشارات وزارت امور خارجه سال 1373
-1 جزوه علمای قفقاز – جلد اول – تالیف هادی هاشمیان – انتشارات مركز تحقیقات و برنامه ریزی رادیو برونمرزی – زمستان 1375 – صفحه 40 - 138
-2 كتاب غائله آذربایجان – تالیف دكترخانبابا بیانی، انتشارات زریاب، تبریز – سال 1375
-3 كتاب باروی شمال قفقاز،دو قرن مبارزه مسلمانان قفقاز – تالیف مولف بنیكسن براكساپ و دیگران ترجمه سیدغلامرضا تهامی – انتشارات مركز اسناد انقلاب اسلامی – سال 1377 – صفحه 30 - 24 5-Cəlilabadın mömin sakini
-6 جزوه علمایقفقاز – صفحه 135 – 1267- Bakının mömin sakini
-8 كتاب ماهیت تحولات در آسیای مركزی و قفقاز – تالیف جمعی از مولفان – انتشارات وزارت امور خارجه، سال 1373 صفحات 365 –350 9-Bakının mömin sakini
10-Cəlilabadın mömin sakini
-11 مصاحبه با آقای اصغر فردی – محقق و قفقاز شناس
-12 كتاب تاریخآذربایجان (به زبان اصلی ) رئیس شورای مولفان ف. ق. مقصوداف – جلد 6 ، انتشاراتمركز علوم آذربایجان، سال 2000 ، صفحه 218 – 217
13-həmin mənbə, səh 329
14-Bakının mömin sakini
-15 جزوه علمایقفقاز، صفحه 122
16-Bakının mömin sakini
17- Bakının mömin sakini
18- Bakının mömin sakini
19- Bakının mömin sakini
20 ـ جزوه علمای قفقاز ـصفحه 142ـ 135
21-Neftçalaın mömin sakini
22 ـ كتاب حكومتهای محلی قفقاز در عصر قاجار،تألیف علی صفرپور، انتشارات بنیاد جانبازان، سال 1377، ص 158
23-həmin mənbə
24-həmin mənbə **
Şəhərlərin, Ruhanilərin və ziyarətgahların qeyd olunmamış mənbələri İran İslam Respublikasının televiziyasından” Qafqazın 17 şəhəri”adlı proqramdan yayınlanıb.bu veriliş 1373-75-ci illərdə yayılıb.Birinci bölümün sonu