Azərbaycan servisi/ARAN AGENTLİYİ
Müsahibə: Həsən Güli
Aran jurnalinin elmi məsləhətçisi, universitet müəllimi və müəllif
Təbriz Bələdiyəsinin Mədəni və İctimai işlər üzrə müavini
ötən nömrədə müsahibəyə yer ayırmadığımız üçün bir çox oxucu bizdən incimişdi.əziz oxuculardan üzr istəyirik və Cənab Dr.Şərifnejadın müsahibəsini sizlərə təqdim edirik.bu müsahibəyə vaxt ayırdıqları üçün Dr.Şərifnejaddan təşəkkür edirik.
Vaxtınızı bizə ayırdığınız üçün sizə minnətdarlığımızı bildiririk.xahiş edirəm, “Aran”jurnalının oxucularına özünüzü təqdim edəsiniz?
- Mən də sizdən təşəkkür edirəm.mən, Cavad Şərifnejad 1347(1968)-ci ildə Urmiyada anadan olmuşam.müxtəlif ixtisaslarda diplomalarım var, o cümlədən Tehran Universitetində bakalavrı, həmçinin bu universitetdə magistraturanı“Siyasi Coğrafiya və geopolitik”üzrə bitirmişəm.başqa diplomamı(magistraturanı) isə “Tehran Araşdırmalar Mərkəzindən”almışam, hal-hazırda isə Təbriz Universitetində “Şəhər salma planları” ixtisası üzrə doktorantam.22 elmi məqaləm var, bunlardan ikisi beynəlxalqdır.20-ə yaxın universitet dərsliyi yazmışam.12 ildir ki, universitet müəllimiyəm.müxtəlif universitetlərdə, o cümlədən Təbriz, Urmiya və Tehranda tədris etmişəm.2006-cı ildə ən yaxşı mədəniyyət xadimi seçildim.hal-hazırda həm universitetdə tədris edirəm, həm də Təbriz Bələdiyəsində mədəniyyət üzrə müavinəm.
Cənab Şərifnejad, siz özünüz Azərbaycanın tarixini və mədəniyyətini araşdıran şəxslərdənsiniz, tarix və mədəni məsələlərin tədqiqini necə dəyərləndirirsiniz?
- Tarix cəmiyyət tərəfindən təsdiqlənmiş bir möhürdür.tarix bir müəllimdir, keçmişi xatırladaraq indi və gələcəyin yolunu aydınladır.tarixi araşdırmalar müxtəlif fərziyələr üzrədir.bir sıra ölkələrdə, o cümlədən İranda tarix varlığın simvoludur.bir sıra ölkələrdə tarix yalnız hadisələri xatırlatmaqdır və bir sıra ölkələrdə tarix mütləq bir elm sahəsidir.mühüm olan budur ki, tarix varlığımızı təsdiqləyən bir möhürdür. nə qədər bu sahədə tədqiqat çox olsa, ölkəmizin mənliyi, varlığı və mədəniyyəti daha çox müzakirə olunacaqdır.əgər tarixin araşdırması dini idelogiyalarla yanaşı olsa, daha yaxşı olar.tarixin tədqiqi daha mühümdür.21-ci əsr tarixin mahiyyətini araşdırmaq dövrüdür. Biz gərək öz varlığımızı dünyaya çatdıraq.ölkəmizin yalnız 2500 il mərkəzləşdirilmiş hakimiyyəti olmuş və ondan öncə başqa hakimiyyətlər müxtəlif ərazilərdə ortaya çıxmışdır.İran ən mühüm ölkədir.bu ölkə strategiya baxımdan əhəmiyyəti çoxdur.İran iki böyük yeraltı sərvətlərin ortasında, yəni Mazəndəran və Fars körfəsində yerləşir.tarixi araşdırmalar bizi istəklərimizə çatdıracaq.ümid edirəm, universitet məzunları, müəllimlər və tələbələr tarixə daha çox əhəmiyyət versinlər.
Cənab doktor, birinci sualda təvazö göstərdiniz və Aranda gördüyünüz işləri söyləmədiniz, sizin rolunuz bu müəssisədə çox böyükdür.əgər imkanızda varsa, bu işlərə görə və Aranın mənşəyi haqda danışasınız?
- Sizin lütfünüz var.bəlkə də “Aran”da yetərincə bir iş görə bilmədim.”Aran”müəssisəsi ilk müəssisədir ki, Tehrandan kənar fəaliyyət göstərir.bu müəssisə mühüm işlər görüb, o cümlədən məntəqənin tarixi və dini məsələlərini canlandırmaq və Azərbaycanın həqiqətlərini istər daxildə, istərsə də xaricində aydınlatmaq.Aranın mənəşəyi çox mübahisəlidir.istəmirəm, yalnız bir fikrə istinad edəm. əksər alimlərin və tarixçilərin fikirlərini söyləyəcəyəm. Arazdan sonrakı ərazi Arandır.əslində Qarabağ dağlarından sonra bir düzənlik var.bu düzənliyin uzunluğu Mazəndəran gölünə qədərdir.qədim zamanlar buraya Aran deyilmişdir və Ana dilimizdə mənası -dağın qarşısında- deməkdir.Aran həmin düzənliyin adıdır.coğrafi baxımdan bu fərziyyə düz ola bilər.necə ki, İran və Azərbaycanın arasında yerləşən bu düzənlik Qarabağ dağlarından sonra Mazəndəran gölünə qədər uzanıb.adətən Arazın şimal hissəsinə Aran deyilmişdir.bir sıra qaynaqlarda, o cümlədən Bohran-i Qate, Nasir Xosrovun”Səfərnamə”və s.bu mövzuya işarə olunub.əlbəttə Azərbaycan respublikasında olan bir sıra qaynaqlarda da bu mövzu öz əksini tapıb.əgər Abbasqulu ağa Bakıxanovun “Gülüstani- İrəm” adlı əsərinə müraciət etsək, bu ərazilərin adı Aran qeyd olunub.xatırlatmalıyam ki, bu haqda bir neçə məqalə, o cümlədən Səməd Sərdarniyanın və Quluzadənin fikirləri və mübahisələri “Aran”jurnalında nəşr olunub.Azərbaycan respublikasının keçmiş adı Aran idi. Rusiyanın siyasətləri nəticəsində və “Gülüstan və Türkmən çay”müqavilələri əsasında İrandan ayrıldı və biz ümid edirik ki, bir gün İrana qovuşsun.
Cənab doktor, “Aran”müəssisəsinin məqsədləri haqqında izahat verəsiniz?
- 1999-cu ildə Təbriz universitetinin müəlimləri tarixi məsələləri araşdırmaq üçün bir araya gəldilər.necə ki, Qafqazın bir sıra ölkələrində tarixin təhrif edilməsini eşidirdik.bu məsələləri araşdırmaq üçün 2001-ci ildə “Aran”müəssisəsi təşkil olundu.bu işləri, o cümlədən Azərbaycan respublikasının, İran Azərbaycanının ictimai və tarixi məsələləri, müxtəlif milli və beynəlxalq qurultaylar, şer gecəsi və iki ölkə arasında dostluq və fəlsəfi iclasların keçirilməsi, müxtəlif kitabların nəşri və “Aran”jurnalının nəşr edilməsini sədalaya bilərəm.həmçinin Təbriz universitetinin və “Aan”nın təşəbbüsü ilə“Səfəvilər”haqqında beynəlxalaq konfrans təşkil olundu.bu haqda 1100 səhifəlik kitab nəşr edildi.yeri gəlmişkən bu konfransın təşkilində bizimlə əməkdaşlıq edən müəllimlərdən və Təbriz Universitetinin “Tarix”fakültəsindən təşəkkür edirəm. bundan başqa”Aran”saytının iki dildə (Fars və Azəri)fəaliyyət göstərməsi bu müəssisənin uğurlarından biri hesab olunur.
Qafqaz qədim tarixə malikdir, İran İslam respublikasıyla Azərbaycan respublikası arasında olan əlaqələri aydınladasınız?
- “Aran”müəssisəsinin nizamnaməsinə əsasən iki ölkənin-İran və Azərbaycan-dostluq əlaqəsi genişlənməlidir və bu yolda çoxlu işlər görülüb.hər halda Azərbaycan respublikası müstəqil bir ölkədir və ümid edirik ki, hər zaman başıuca olsun.İran ilk ölkələrdən idi ki, Azərbaycanın müstəqilliyini rəsmiyyətə tanıdı.əslində İran və Azərbaycan arasında olan əlaqə mədəni bir əlaqədir.Azərbaycan xalqı öz həqiqi tarixini araşdırmaqdadır.bu ölkənin liderləri çalışmalıdılar ki, İranla əlaqələrini daha da genişləndirsinlər və xalqının bu tələbətına cavabdeh olsunlar. indiyə kimi”Aran”müəssisəsi İranın milli mənafeyinə və iki ölkənin əlaqələrinə zidd heç bir iş görməyib və görməyəcəkdir.mən, ümid edirəm ki, gündən-günə bu əlaqlələr daha da genişlənsin və Azərbaycan xalqı həmfikir və yekdil olan İran xalqı ilə əlaqələrini daha da inkişaf etdirsən.onlar bizim şairlərimizi, o cümlədən Şəhriyarı çox sevirlər və biz də onların bir sıra şairlərini sevirik və əsərlərini tərcümə edib nəşr etmişik.biz ümid edirik ki, mədəni əlaqələr və mübahisələr iki ölkənin əlaqəsini daha da genişləndirsin və “Aran”bu yolda böyük işlər görə bilər, İranın mədəni ocaqlarını tanıtmaq üçün və ortaq konfrans təşkil etmək üçün Azərbaycanın universitetləri ilə əlaqə yaratmalıyıq və müəllimləri, tələbələri buraya dəvət etməliyik.
Azərbaycanın beynəlxalq əlaqəsini, xüsusən, ABŞ və İsraillə olan əlaqənləri necə dəyərləndirirsiniz?
- başqa ölkələr kimi Azərbaycan respublikası öz milli mənafeyinə uyğun beynəlxalq əlaqələri var.hər kəsə aydındır ki, Amerika İran İslam Respublikası ilə düşmənçiliyi var.bu üzdən İran dövləti və xalqı bu əlaqəyə həssasdılar.ancaq varlığı məlum olmayan israilin Azərbaycanla olan əlaqəsinə bütün dünya müsəlmanları, xüsusən, Azərbaycanın müsəlman xalqı qarşıdır.israil işğalçı bir dövlətdir və bunu hər kəs bilir.hətt İsrail məntəqəyə nüfuz etməmək üçün “İslam Konfransı Təşkilatı”-Azərbaycan bu təşkilata üzvdir-təsis olundu.mən, Azərbaycan liderlərinə tövsiyə edirəm ki, özlərini bəlaya salmasınlar.əslində tarix elminin araşdırılması diplomatik təcrübəni çoxaldar. Azərbaycan respublikasının liderləri, müxtəlif ölkələrin israillə olan əlaqələrini mütaliə etsinlər və israil hansı məqsədlərə görə Azərbaycanla əlaqə yaratdığını bilsinnlər.mən tövsiyə edirəm, Azərbaycan liderləri xalqın istəyini nəzərə alsınlar.bu respublikanın xalqı müsəlman, mədəni və dindardır və bu ölkə savadlı ölkələrin içərisindədir və bundan artıq inkişaf etməyə layiqdir.əlbəttə xalqın istəyinə fikir verməmək və israillə əlaqə yaratmaq səbəb olacaq ki, bir gün xalq və dövlət bir-birlərindən uzaqlaşsınlar və bu siyasət Azərbaycanın inkişafına təsir edə bilər.hər halda Azərbaycanın dövlət başçıları İarnın böyük şairi, Hafizin sözünə qulaq asmalıdılar.
« من جرب المجرب حلت به الندامه » təcrübə olunmuş bir mövzu başqaları tərəfindən təkrar edilməməlidir, peşmançılıq gətirər.
Azərbaycan tarixi üzrə çalışan tarixçi Səməd Sərdarniya bir müddət öncə vəfat etdi, onun haqqında danışasınız?
- böyük alimə və tarixçiyə Allah rəhmət eləsin.Sərdarniya bilici və vətənpərvər bir şəxs idi.o, “Aran”müəssisəsinin mədəni şurasına üzv idi və neçə illər burada fəaliyyət etmişdir.o, təmkinli və təvazökar bir şəxs idi. əlbəttə bir sıra mövzuları tənqid edirdi.o, məntəqənin həqiqi tarixini göstərmək istəyirdi.və deyirdi ki, əgər həqiqi tarixi(reallığı)məlum etməsək, başqaları bizə tarix yazacaqdır və istədiklərini bizlərə təqdim edəcəklər.o, milli məsələlərə əlaqəsi var idi.o, Azərbaycanı İranın daxilində Azərbaycan bilirdi və bunu dəfələrlə yazmışdır.o, məntəqənin məsələləri ilə əlaqədar olan bir sıra yazıları tənqid edirdi.hər halda böyük insan idi.ümid edirəm ki, onu bundan artıq tanıyaq və gördüyü elmi işlərə görə təltif oluna.İnşallah bu işdə ilk təşəbbüsü “Aran”müəssisəsi göstərsin.
Bir daha sizdən təşəkkür edirik, əgər oxucularımıza bir sözünüz varsa, buyurun?
- Məndə sizdən təşəkkür edirəm.ümid edirəm ki, bütün cavanlar, məntəqə və milli məsələlərə maraq göstərən şəxslər, həqiqəti olduğu kimi qəbul etsinlər.dünya və məntəqənin həqiqətlərini düzgün şəkildə analiz etsinlər.əgər tənqidləri varsa, elmi şəkildə bəyan etməlidilər.biz bütün ölkədə bir sıra problemlərimiz var.bu problemlər bir sırası beynəlxalq qüvvələrin təzyiqi nəticəsində ortaya çıxıb, bir sırası isə müdirlərin səhvi və acizliyi nəticəsində əmələ gəlib.hər halda bütün problemlərin həllində çalışmalıyıq.ümid edirəm ki, bir gün bütün alimlər, tələbələr və tarixsever şəxslər, tarixin reallığını milli, məntəqə və məzhəb sahələrində yazsınlar və cavanlar milli birliyin və tarixin qorulması üçün bu məsələlərdən faydala bilsinlər.