Tarix : 2008 Oct 29
Kod 8352

DÜNYANIN MƏŞHUR JURNALİSTLƏRİ İRANDA CƏM OLACAQ

İranın Mədəniyyət Nazirliyi mətbuat bölməsinin sədr müavini Əlirza Məlikyan bildirib ki, İran iki amerikalı Baş redaktoru Tehranda keçiriləcək mətbuat konfransına dəvət edib
İİR servisi/Aran Agentliyi
İranın Mədəniyyət Nazirliyi mətbuat bölməsinin sədr müavini Əlirza Məlikyan bildirib ki, İran iki amerikalı Baş redaktoru Tehranda keçiriləcək mətbuat konfransına dəvət edib.

Mələkyan oktyabrın 28 - də Tehranda keçirdiyi mətbuat konfransında bildirib ki, Britaniyada nəşr olunan İndependent qəzetinin Baş redaktoru Robert Fisk də dəvət olunanlar sırasındadır.

TrendNews -un Tehrandakı müxbirinin məlumatına əsasən, Məlikyan amerikalı Baş redaktorların adlarını açıqlamayıb.

İranın paytaxtı Tehranda hər il noyabrın 16 - da bir həftə ərzində mətbuat sərgi- konfransı keçirilir.

Bu il keçiriləcək konfransda Fransanın Lomond qəzetinin Baş redaktoru Erik Rolo, Livanda nəşr oilunan Əl səfir qəzetinin Baş redaktoru Təlal Səlman da iştirak edəcəklər .

İran ABŞ - da fəaliyyət göstərən qəzetlərin Baş redaktorlarını ilk dəfədir Tehrana dəvət edir.
  • Yazılıb
  • da (də) 2008 Oct 29