bu ayın 31-ində Xanım Məsumənin(s.ə) gələn ayın 10-u isə İmam Rza (ə)-ın mövlududur
İİR servisi/Aran Agentliyi
Böyük alim və mərcei təqlid müctehidi Ayətullah Cəfər Sübhani "Kəramət günləri" adlı tədbirlərin Əhli-Sünnət məzhəbindən olanların yaşadıqları yerlərdə də qeyd edilməsini zəruri sayıb.
İslam-Azeri-nin Fars Nyusa istinadlı xəbərinə görə böyük alim və mərcei təqlid müctehidi Ayətullah Cəfər Sübhani İmam Kazim (ə)-ın qızı Xanım Fatimeyi Məsumə (s.ə) və 8-ci İmam Həzrəti Rza (ə)-ın mövlud günlərini "Kəramət günləri" adlı tədbirləri Əhli-Sünnət məzhəbindən olanların yaşadıqları yerlərdə də qeyd edilməsini zəruri sayıb.
‘Kəramət günləri' şənliklərini təşkil edən heyətin üzvləri ilə görüşən Ayətullah Subhani, İslami bayramların daha coşğulu bir şəkildə reallaşması və bu şənliklərdə Əhl-i Beyt sevgisinin izah edilməsinin lazım olduğunu vurğulayıb.
Diqqətinizə çatdıraq ki, bu ayın 31-ində Xanım Məsumənin(s.ə) gələn ayın 10-u isə İmam Rza (ə)-ın mövlududur.