Dmitri Medvedyevin vasitəçiliyi ilə keçiriləcək görüşdə Dağlı Qarabağ münaqişəsi müzakirə olunacaq
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan, Rusiya və Ermənistan prezidentləri İlham Əliyev, Dmitri Medvedyev və Serj Sarkisyan noyabrın 2-də Moskvada görüşəcəklər. APA-nın xəbərinə görə, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Prezidentlərin iştirakı ilə keçiriləcək görüşdə Dağlı Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı məsələlər müzakirə olunacaq. Qeyd edək ki, Rusiya prezidenti Dmitri Medvedyev oktyabrın 21-də İrəvana səfəri zamanı belə bir formatda görüş keçirilməsi təklifi ilə çıxış edib.