Avqust hadisələri zamanı fərarilik edən 15 zabit barəsində cinayət işi qaldırılıb
Gürcüstan servisi/Aran Agentliyi
Gürcüstan Silahlı Qüvvələri avqust hadisələri zamanı Rusiyaya məxsus 19 hava aparatını vurub.“Novosti-Qruziya” agentliyinin verdiyi məlumata görə, Gürcüstan Silahlı Qüvvələri Birləşmiş Qərargahlarının rəisi Zaza Qoqava parlamentin iclasında belə bir bəyanatla çıxış edib.
Qoqava gürcü tərəfinin bununla bağlı sənədli faktları da təsdiq edə biləcəyini vurğulayıb. Qərargah rəisi Rusiyanın gürcü hərbçilərinin hərbi bazalarda xeyli hərbi texnika atıb qaçması barədə ittihamlarını da rədd edib. Onun sözlərinə görə, məsələn, Senaki bazasında cəmi 2 ədəd T-72 tankı olub: “Onların heç biri işlək vəziyyətdə deyildi”.
Qoqava avqust hadisələri zamanı fərarilik faktları ilə bağlı 23 cinayət işinin də qaldırıldığını vurğulayıb. Bu cinayət işlərindən 15-i zabitlərlə bağlı qaldırılıb.