Tarix : 2008 Oct 29
Kod 8360

LARİCANİ ABŞ-a XƏBƏRDARLIQ ETDİ

İran parlamentinin sədri Əli Laricani ABŞ-ı Suriya hava sərhədini pozduğuna və bir kəndi bombardman etdiyinə görə hədələyib
İİR servisi/Aran Agentliyi

Oktyabrın 26-da ABŞ-ın 4 hərbi vertolyotu Suriya hava sərhədini pozaraq bu ölkənin Əl-Səkriyyə kəndindəki çoxmərtəbəli binanı bombalayıb. 8 mülki vətəndaş həlak olub. Adının çəkilməsini istəməyən mənbənin «Assoşieyted Press» agentliyinə bildirdiyinə görə, guya hərbi hücumda məqsəd İraq üsyançılarının mühüm rəhbərlərindən olan Əbu Qaziyyəni öldürmək olub. Əbu Qaziyyənin həmin binada gizləndiyi iddia edilir.

«Media forum» saytının məlumatına görə, Laricani oktyabrın 29-da parlament iclasında çıxış edərkən deyib: «ABŞ özünün bu hərəkətinə bir əyləncə gözü ilə baxmasın. Bunun sonrası baha başa gələ bilər. Yaxşı olar ki, ABŞ özünün nəhəng gövdəsini şəhidlik tələb edən və şəhid olmağa can atan mücahidlərin minaları üstünə yıxmasın».

ABŞ 2003-cü ildə İraqa hərbi müdaxilə edəndən bəri ilk dəfədir ki, Amerika hərbi qüvvələri İranın müttəfiqi olan Suriyanın sərhədyanı zonasına hücuma keçir.

  • Yazılıb
  • da (də) 2008 Oct 29