Tarix : 2008 Oct 29
Kod 8361

TÜRKİYƏDƏ PKK-çıların MİTİNQİ

Türkiyənin Mersin bölgəsinin Tarsus mahalında, PKK terror təşkilatının müdafiə edən qrupun etiraz aksiyası keçirilib
Türkiyə servisi/Aran Agentliyi
PKK tərəfdarları Türkiyədfə icazəsiz etiraz aksiyası keçirib.

İslam-Azeri-nin Türkiyə KİV-lərinə istinadlı xəbərinə görə Türkiyənin Mersin bölgəsinin Tarsus mahalında, PKK terror təşkilatının müdafiə edən qrupun etiraz aksiyası keçirilib.

DTP tərəfindən Barbaros Məhəlləsində təşkil edilən terror təşkilatı lideri Abdullah Öcalana dəstək yürüşü polis tərəfindən dağıdılıb.

Təxminən 300 PKK-çı, polisin bütün xəbərdarlıqlarına baxmayaraq terror təşkilatı lehində şüarlar ataraq yürüş edib.

Polis isə xəbərdarlığı dinləməyən terrorçu tərəfdarlarını dağıtmaqla kifayətlənib.
  • Yazılıb
  • da (də) 2008 Oct 29