Amerika xüsusiyyət təşkil etməklə Qərbin təbliğat orqanları belə göstərirlər ki, bu qarşıdurmanın sonu, İran xalqı üçün çıxılmaz durum, Amerika üçün isə uğur olacaq
İİR servisi/Aran Agentliyi
İslam İnqilabının Böyük Rəhbəri vurğulayıblar ki, ABŞ İran xalqını istiqlaliyyət, mentalitet və başucalığı yolundan çəkindirə bilməz. Həzrət Ayətullah-əl-üzma Xamenei bu gün Yeniyetmə və Tələbə Bəsici günündə, eləcə də 3 noyabr məktəblilər günü, və dünya imperializmi ilə milli mübarizə günü ərəfəsində minlərlə məktəbli, tələbə və universitet qurumlarının nümayəndələri ilə görüşdə deyiblər: Biz öz mahiyyət, istiqlaliyyət və başucalığımızın qorunması əhliyik və qarşıdurma əhli deyilik. Lakin əgər bir kəsi İran xalqının mənsubiyyəti və istiqlaliyyətini pozmaq istərsə, İran xalqı onun əlini kəsəcək.
Həzrət Ayətullah-əl-üzma Xamenei İİR ilə ABŞ-ın ixtilafının siyasi fikir ayrılıqlarından daha geniş və köklü olduğunu qeyd edərək, İran xalqının Amerikaya qarşı nifrətini dərin adlandırıblar və belə əlavə ediblər: Onun səbəbi də Amerika dövlətlərinin ötən 50 ildən çox bir müddətdə İran ölkəsi və xalqına qarşı müxtəlif fitnələridir və amerikalılar bu hərəkətlərdən üzr istəməməklə bərabər, hələdə öz zalımlıqlarını davam etdirirlər.
O həzrət böyük 13 aban - 3 noyabr qəhrəmanlığını və casusluq mərkəzi olmuş Amerika səfirliyinin ələ keçirilməsini, gənclərin məsuliyyət hissi keçirmələrinin nəticəsi adlandıraraq artırıblar: İslam İnqilabının qələbəsi, Amerikanın neftlə münbit olan Yaxın Şərqin mərkəzindəki əsas bazasını onu hökmranlığı altından çıxardı və İran zülmlə mübarizə və xalqların hüquqlarını müdafiə şüarı ilə Amerikanın hegemonçuluğu ilə mübarizə üzrə ən mühüm bazasına çevrildi.
İslam İnqilabının Böyük Rəhbəri İran-ABŞ qarşıdurmasının nəticəsi ilə bağlı deyiblər: Amerika xüsusiyyət təşkil etməklə Qərbin təbliğat orqanları belə göstərirlər ki, bu qarşıdurmanın sonu, İran xalqı üçün çıxılmaz durum, Amerika üçün isə uğur olacaq. Ancaq bu ağ yalandır. Zira bu yolun sonu, Amerika impreialist rejimi üçün bir dalandır.
Həzrət Ayətullah-əl-üzma Xamenei ABŞ-ın hazırkı zəif mövqeyinə toxunaraq, xatırladıblar: Bu gün Amerika dövləti hətta bu ölkənin daxilində və Qərb xalqları arasında belə bütün əsas şüarları, o sıradan insan haqları və demokratiya şüarları dünyada biabırçılıqla üzləşib.
Amerika demokratiyası da Fələstini də Həmas xalq dövlət ilə mübarizədə təhlükəsizlik müqaviləsini imzalamaq üçün İraqın xalq dövlətini təzyiq altında qoymaqda və bütün məsul şəxsləri xalqın səsi ilə seçilən İİR-na qarşı əsassız ittihamların irəli sürülməsində aşkar olub.