Tarix : 2008 Oct 30
Kod 8378

Azərbaycan Ordusunun əsgəri özünü güllələyib

. Məlum olub ki, bir neçə gün əvvəl döyüş növbəsinə göndərilən əsgər iradəsizlik göstərərək özü-özünə silahdan atəş açıb
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan Ordusunun Gədəbəy rayonunda yerləşən “N” saylı hərbi hissəsinin əsgəri Allahverdiyev Həsən Yusif oğlu səngərdə özünə xidməti silahından atəş açıb. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəisi Eldar Sabiroğlu bildirib. Onun sözlərinə görə, bu il Mingəçevir şəhər Hərbi Komissarlığından hərbi xidmətə çağırılan H. Allahverdiyev Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalına yerləşdirilib. Əsgərin həyatı üçün təhlükə olmadığı bildirilib.

Nazirlik sözçüsü mətbuatda əsgərin hərbi hissənin çavuşu tərəfindən güllələnməsi barədə verilən xəbəri təkzib edib: “Bununla bağlı araşdırma aparılıb. Məlum olub ki, bir neçə gün əvvəl döyüş növbəsinə göndərilən əsgər iradəsizlik göstərərək özü-özünə silahdan atəş açıb”.

E. Sabiroğlu faktla bağlı Hərbi Prokurorluqda cinayət işinin açıldığını, istintaq getdiyini bildirib.
  • Yazılıb
  • da (də) 2008 Oct 30