Tarix : 2008 Oct 30
Kod 8379

XANIM MƏSUMƏNİN (S.Ə) MÖVLUDU

İmam Cavad (ə) buyurmuşdur: Hər kəs Qum şəhərində bibimi ziyarət edərsə cənnətə daxil olacaqdır
İİR servisi/Aran Agentliyi
Əziz müsəlmanlar! Sizi, 7-ci İmam Musa Kazımın (ə) qızı həzrət Fatimə Məsumənin (s) mövludu münasibəti ilə təbrik edir və sizə Əhli-beyt (ə) məktəbinin əsl davamçısı olmağı arzu edirik. Bayramınız mübarək.Yeddinci İmam Musa Kazımın (ə) qızı olan həzrət Fatimə Məsumə (s) hicri 173-cü il, Zilqədə ayının 1-ində Mədinə şəhərində dünyaya göz açdı.

Həzrət Məsumə (s) İmam Rzanın (ə) , həzrət Həkimənin(s) ( Bibi Heybət ləqəbi ilə məşhurdur.Qəbri Bakı şəhərinin girəcəyində yerləşir), həzrət Rəhimənin (s) (qəbri Bakının Nardaran qəsəbəsində yerləşir) bacısıdır.

İmam Rza (ə) Mərv şəhərinə aparıldıqdan sonra, o xanım qardaşını ziyarət etmək üçün Mədinədən Mərvə səfər edir. Save şəhərinə çatdıqda həzrət Məsumə (s) gözlənilmədən xəstələnir və səfərini davam etdirə bilmədiyi üçün şiələrin mərkəzi olan Qum şəhərinə gedir. O xanımın Quma daxil olduqda xalq tərəfindən təntənə ilə qarşılanır.Xəstələnməsindən 10 gün keçdikdən sonra Rəbius sani ayının əvvəllərində əbədiyyətə qovuşur. Qəbrı hal hazırda Qum şəhərində möminlərin ziyarətgahına çevrilmışdır.

İmam Sadiq (ə) buyurmuşdur: " Allahın evi Məkkə, həzrət Peyğəmbərin (s) evi Mədinə, Əmirəlmöminin Əlinin (ə) evi Küfə, mənim və övladlarımın evi İslami Qum şəhəridir.(Biharul-ənvar, c60, səh 266)
İmam Cavad (ə) da buyurmuşdur: “Hər kəs Qum şəhərində bibimi ziyarət edərsə cənnətə daxil olacaqdır”.
  • Yazılıb
  • da (də) 2008 Oct 30