Tarix : 2008 Oct 30
Kod 8382

ƏBU BƏKR MƏSCİDİ BELƏ TEZ AÇILMAYACAQ

məhkəmə şikayətə baxana məscidin açılması ilə bağlı qərar icra olunmayacaq
Azərbaycan servisi/Aran Agentliyi
Nərimanov rayon Polis İdarəsi “Əbu-Bəkr” məscidinin açılması ilə bağlı məhkəmə qərarına yenidən baxılması tələbi ilə şikayət verib. Bu barədə APA-ya “Əbu-Bəkr” məscidinin imamı Hacı Qamət Süleymanov bildirib.

Onun sözlərinə görə, məhkəmə şikayətə baxana məscidin açılması ilə bağlı qərar icra olunmayacaq.

Qeyd edək ki, “Nərimanov rayon dindarları” Dini İcması “Əbu Bəkr” məscidinin bağlanması ilə bağlı Nərimanov Rayon Polis İdarəsini məhkəməyə verib.
Bu il oktyabrın 27-də isə Nərimanov Rayon Məhkəməsi “Əbu Bəkr” məscidinin açılması barədə qərar qəbul edib.

Nərimanov rayon Polis İdarəsinin rəis müavini Əkbər İsmayılov APA-ya faktı təsdiqləyərək, məhkəmənin bu işə yenidən baxacağını deyib.
  • Yazılıb
  • da (də) 2008 Oct 30