Bəzi ölkələrin başçıları öz görüşlərində daim iddia edirlər ki, dünya imperializminin divarı ucadır və İran onların qarşısında təslim olmalıdır
İİR servisi/Aran Agentliyi
İİR prezidenti Lorestan əhalisi qarşısında İran xalqının nüvə hüququnun müdafiəsi sahəsindəki mətanətini vurğulayıb. Mahmud Əhmədinejad deyib: Bəzi ölkələrin başçıları öz görüşlərində daim iddia edirlər ki, dünya imperializminin divarı ucadır və İran onların qarşısında təslim olmalıdır. Lakin bu gün 3 il keçəndən sonra həmin şəxslər İran xalqının nüvə proqramındakı zəfərini yüksək qiymətləndirərək etiraf edirlər ki, əgər bir xalq vahid formada zorakıların qarşısında dayanarsa məğlubedilməz olar.
İİR prezidenti habelə Fars körfəzi Əməkdaşlıq Şurasının baş katibi Əbdurrəhman Əl-ətiyyə ilə görüşdə, onun İİR-nin nüvə proqramını dəstəkləməsini yüksək qiymətləndirərək deyib: Zorakı qüdrətlər İranın nüvə məsələsində öz ədalətsiz iradələrini İran xalqına qəbul etdirmək istəyirdilər. Onların özləri minlərlə nüvə başlığına malikdirlər və cinayətkar Sionist rejimini təpədən dırnağa kimi silahlandırıblar. Lakin İranın dinc nüvə fəaliyyətləri ilə müxalifətdə göstərdilər ki, məntəqə ölkələrinin elmi inkişafa nail olmalarına icazə vermək istəmirlər.
Əhmədinejad İranın öz elmi nailiyyətlərini dost və qardaş ölkələrin ixtiyarına qoymağa hazır olduğunu bildirərək artırıb: İran və məntəqə ölkələri müştərək nüvə yanacağı bazarı yarada və məntəqə xalqları ondan istifadə edə bilərlər.
Fars Körfəzi Əməkdaşlıq Şurasının baş katibi də İİR-nin dinc nüvə proqramını dəstəkləyərək deyib: Fars Körfəzi Əməkdaşlıq Şurası Dinc nüvə enerjisindən istifadə üzrə qanuni haqqını dəstləyərək, onu İran xalqının hüquqlarından bilir.
Əbdurrəhman Əl-ətiyyə çərşənbə axşamı Əl-aləm telekanalı ilə müsahibədə bildirdi ki, Fars Körfəzi Əməkdaşlıq Şurası üzvlərinin İİR-nin dinc nüvə proqramı qarşısındakı mövqeyi tamamilə aydındır. Beləki üzv ölkələr dəfələrlə vurğulayıblar ki, dinc nüvə texnologiyasına nail olma istiqamətində İranın haqqını dəstəkləyirlər.
İİR İslami Şura Məclisi dünənki açıq iclasında İİR dövlətinin nüvə istehlakçıları üzrə beynəlxalq birliyə üzvlüyü layihəsini araşdıraraq təsdiqləyib. Bu əsasda İran dövlətinə icazə verilir ki, bu birliyə üzv olsun.