Tarix : 2008 Oct 30
Kod 8386

QAT-ın mətbuat bəyanatı

Moskvanın Azərbaycan Respublikası, Ermənistan və Rusiya prezidentləri görüşü tarixin təyini sahəsində tələsməsində məqsədi, mümkün olan ən qısa zamanda xas məqsədlərə çatmaqdır
Azərbaycan servisi/Aran Agentliyi

Qarabağ Azadlıq Təşkilatı bir mətbuat bəyanatında bir daha Rusiyanın Qarabağ sülh danışıqlarında fəallaşmasını Azərbaycan Respublikasının milli maraqları ilə təzadlı bilib. Bu gün axşam Azərbaycan Respublikası və Ermənistan prezidentlərinin Moskva görüşü ərəfəsində yayılan QAT-ın bəyanatında deyilir: Moskvanın Azərbaycan Respublikası, Ermənistan və Rusiya prezidentləri görüşü tarixin təyini sahəsində tələsməsində məqsədi, mümkün olan ən qısa zamanda xas məqsədlərə çatmaqdır.
QAT-ın qənaətincə, Rusiya sülhü mühafizə qüvvələrinin Qarabağda yerləşməsi, əslində Azərbaycan Respublikası ərazilərinin əbədi olaraq itirilməsi hesab olunur.
QAT-ın qənaətincə, Ermənistanın hələ puç və işğalçılıq iddialarından əl çəkmədiyi bir halda, rəsmi Bakının bu müzakirə mərhələsində iştirakı münasib deyil.
Deyilənlərə görə, Moskva danışıqlarından hiss olunacaq nəticələr əldə olunacaq ki, onun inikası Azərbaycan Respublikası üçün nigaranlıqlara səbəb olacaq.

  • Yazılıb
  • da (də) 2008 Oct 30