Şimon Pres Türkiyə-İsrail münasibətlərinin hazırkı səviyyəsini də dəyərləndirərək, hazırkı əlaqələri strateji, iqtisadi və təhlükəsizlik sahələrindəki münasibətləri isə möhkəm adlandırıb
Türkiyə servisi/Aran Agentliyi
Trend Xəbər Agentliyinin məlumatına görə, İsrail prezidenti Təl-Əvivdə Türkiyənin istiqlaliyyətinin 85-ci ildönümü mərasimində bildirib ki, Türkiyə on illərlə Yaxın Şərqdə İsrailin strateji müttəfiqi olub. Şimon Pres Türkiyə-İsrail münasibətlərinin hazırkı səviyyəsini də dəyərləndirərək, hazırkı əlaqələri strateji, iqtisadi və təhlükəsizlik sahələrindəki münasibətləri isə möhkəm adlandırıb.
Onun sözlərinə görə, Türkiyə Fələstin Muxtariyyatının infrastrukturlarının formalaşması və Ceniya və Hurunun yaxınlığında iri sənaye-ticarət mərkəzlərinin yaradılmasında fəal iştirak edir. Türkiyənin işğal olunmuş Fələstindəki səfiri Namiq Tan da Ankara ilə Təl-Əviv arasındakı hərtərəfli ciddi və strateji həmkarlıqlara toxunaraq, Təl-Əvivdə Türkiyənin mədəniyyət mərkəzinin Abdullah Gülün gələn milad ili işğal olunmuş Fələstinə səfəri zamanı açılacağından xəbər verib.
Namiq Tan artırıb: İsrail məntəqədə Türkiyənin strateji və zəruri müttəfiqidir və iki tərəf arasında yalnız iqtisadi-ticari mübadilələrin həcmi 2.7 milyard dollardır.
Türkiyə səfiri sonra deyib: Müxtəlif dəyişikliklərə rəğmən Türkiyə heç zaman İsraillə diplomatik münasibətlərini kəsməyib və bu məsələ qarşılıqlı hörməti göstərir.
Təl-Əvivdə Türkiyənin istiqlaliyyəti günü münasibəti ilə keçirilən şənlik mərasimində İsrailin parlament sədri Daliya İtsik və müharibə naziri Ehud Barak, habelə Türkiyənin müdafiə naziri Vəcdi Könül, İsrail ordusunun baş qərargah rəisi Qabi Eşkazi, İsrailin siyasi və iqtisadi ekspertləri və üzdəniraq İsrail azəriləri konqresinin nümayəndələri iştirak edib.