Tarix : 2008 Oct 31
Kod 8404

AZƏRBAYCANIN Milli Bank faiz dərəcələrini yenidən aşağı saldı

bu il ərzində ölkə iqtisadiyyatının dinamik inkişafı davam edib, valyuta balansının profisiti əhəmiyyətli artıb və ölkənin xarici dövlətlər ilə münasibətdə kreditor mövqeyi daha da güclənib
Azərbaycan servisi/Aran Agentliyi
Bu barədə Milli Bankın mətbuat xidməti məlumat yayıb. Məlumatda bildirilir ki, bu il ərzində ölkə iqtisadiyyatının dinamik inkişafı davam edib, valyuta balansının profisiti əhəmiyyətli artıb və ölkənin xarici dövlətlər ilə münasibətdə kreditor mövqeyi daha da güclənib. Bu şəraitdə bank sisteminin sabitliyi xarici böhranların təsirindən etibarlı qorunub. Dünya iqtisadiyyatında isə tənəzzül və defilyasiya meylləri güclənib. Aparıcı ölkələrdə iqtisadi artım zəifləməyə başlayıb, dünya maliyyə sistemində likvidlik böhranı davam edib. Bu şəraitdə mərkəzi banklar maliyyə sabitliyinin qorunması sahəsində təsirli tədbirlər paketini həyata keçirməyə başlayıblar.

Yaranmış qlobal vəziyyətdə Milli Bank ölkədə maliyyə sabitliyinin daha da möhkəmləndirilməsinə yönəlmiş ardıcıl tədbirlərini davam etdirir. Pul siyasətinin yumşaldılması üzrə son qərarların (uçot dərəcəsinin və məcburi ehtiyat normalarının azaldılması) qəbul edilməsi maliyyə sabitliyinin gücləndirilməsi baxımından müsbət nəticələr verib. Bu və digər preventiv tədbirlər nəticəsində bank sistemində likvidlik göstəricilərinin daha da yaxşılaşması təmin olunub.
  • Yazılıb
  • da (də) 2008 Oct 31