Tarix : 2008 Oct 31
Kod 8405

ABŞ-ın hərbi bir gəmisi Türkiyə sularına daxil olub

ABŞ-ın Monto Vinti hərbi gəmisi dünən Türkiyənin Dardanel boğazından keçərək Mərmərə dənizinə daxil olub
Türkiyə servisi/Aran Agentliyi

Fars Xəbər Agentliyi bildirib ki, ABŞ-ın Monto Vinti hərbi gəmisi dünən Türkiyənin Dardanel boğazından keçərək Mərmərə dənizinə daxil olub. Türkiyə rəsmiləri bu hərbi gəminin hansı limanda lövber atacağı haqda məlumat verməyiblər.
Amerikanın hərbi gəmilərinin Qara dənizdə iştirakı Rusiyanı son dərəcə hiddətləndirib.
Amerika rəsmilərinin Gürcüstan böhranı kulminasiya nöqtəsində olarkən göstərdikləri təzyiqlər, Türkiyə rəsmilərini, ABŞ-ın hərbi gəmilərinin Qara dənizə girmələrinə icazə verməyə məcbur etdi.
Amerikanlar habelə Türkiyə dövlətindən xəbərsiz Türkiyənin İncirlik hava bazasında nüvə başlıqları yerləşdiriblər ki, bu məsələnin Türkiyə mətbuatında yayılması, böyük biabırçılığıa səbəb olub.

  • Yazılıb
  • da (də) 2008 Oct 31