Gürcüstan servisi/Aran Agentliyi
“Gürcüstan hakimiyyəti antiböhran şurasının məsləhəti ilə noyabr ayında əfvlə bağlı qanunverici akt tərtib etmək barədə qərar verilib. Bu isə nisbətən yüngül cinayətlər -maliyyə, ehtiyatsızlıq, yol qəzası və s. görə həbs edilən 3 min məhbusa aid ediləcək”, deyə Tortladze bildirib. Onun sözlərinə görə, əfv haqqında qanun şərti olaraq azadlıqdan məhrum edilənlərə də aid olacaq. Belə irimiqyaslı əfv Gürcüstanda insan hüquqlarının müdafiəsi və ölkənin demokratikləşməsi prosesi üçün lazımdır.