Tarix : 2008 Oct 31
Kod 8409

AZƏRBAYCANDA NAZİRLƏR TƏYİN OLUNDU

İlham Əliyev nazirlərin təyin olunması ilə bağlı sərəncam imzalayıb
Azərbaycan servisi/Aran Agentliyi
Prezident İlham Əliyev nazirlərin təyin olunması ilə bağlı sərəncam imzalayıb.

Sərəncam
1.Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 5-ci bəndini rəhbər tutaraq qərara alıram:
Azad Arif oğlu Rəhimov Azərbaycan Respublikasının gənclər və idman naziri;
Eldar Əhməd oğlu Mahmudov Azərbaycan Respublikasının milli təhlükəsizlik naziri;
Elmar Məhərrəm oğlu Məmmədyarov Azərbaycan Respublikasının xarici işlər naziri;
Əbülfəz Mürsəl oğlu Qarayev Azərbaycan Respublikasının mədəniyyət və turizm naziri;
Əli Məmməd oğlu Abbasov Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyaları naziri;
Fazil Əsəd oğlu Məmmədov Azərbaycan Respublikasının vergilər naziri;
Fikrət Fərrux oğlu Məmmədov Azərbaycan Respublikasının ədliyyə naziri;
Füzuli Həsən oğlu Ələkbərov Azərbaycan Respublikasının əmək və əhalinin sosial müdafiəsi naziri;
Hüseynqulu Seyid oğlu Bağırov Azərbaycan Respublikasının ekologiya və təbii sərvətlər naziri;
İsmət Dursun oğlu Abasov Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri;
Kəmaləddin Fəttah oğlu Heydərov Azərbaycan Respublikasının fövqəladə hallar naziri;
Misir Cumayıl oğlu Mərdanov Azərbaycan Respublikasının təhsil naziri;
Natiq Ağaəmi oğlu Əliyev Azərbaycan Respublikasının sənaye və energetika naziri;
Oqtay Kazım oğlu Şirəliyev Azərbaycan Respublikasının səhiyyə naziri;
Ramil İdris oğlu Usubov Azərbaycan Respublikasının daxili işlər naziri;
Samir Rauf oğlu Şərifov Azərbaycan Respublikasının maliyyə naziri;
Səfər Axundbala oğlu Əbiyev Azərbaycan Respublikasının müdafiə naziri;
Şahin Abdulla oğlu Mustafayev Azərbaycan Respublikasının iqtisadi inkişaf naziri;
Yavər Talıb oğlu Camalov Azərbaycan Respublikasının müdafiə sənayesi naziri;
Ziya Ərzuman oğlu Məmmədov Azərbaycan Respublikasının nəqliyyat naziri təyin edilsinlər.
2.Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
  • Yazılıb
  • da (də) 2008 Oct 31