Ayət. İmami Kaşani İranda nüvə enerjisi məsələsini sırf elmi bir məsələ adlandırıb və təkid edib ki, nüvə enerjisi hərbi olmayıb, İranın elmi simvoludur
İİR servisi/Aran Agentliyi
Tehranın cümə namazı xitabətçisi Qərbin maliyyə böhranına işarə edərək, onu bəşəriyyət tarixində bir partlayış və böhranın kulminasiya nöqtəsi adlandırıb. Ayətullah Məhəmməd İmami Kaşani Qərbin maliyyə böhranını ABŞ-ın rüsavayçılıq nişanəsi adlandırıb və deyib: Bu rüsvayçılıq yalnız Amerikaya aid deyil. Çünki rusvayçılıq və alçaqlıq bütün zorakı qüdrətlərin taleyidir.
Tehranın cümə namazı xitabətçisi ABŞ və onun müttəfiqlərinin Sionist Rejimi himayə etmələrinə və İrana qarşı hərəkətlərinə işarə və Qərb dövlətlərinə tövsiyə edib ki, öz siyasətlərində zaman amilini unutmasınlar.
Ayət. İmami Kaşani artırıb: Hazırda ABŞ ictimaiyyəti və dünya xalqları artıq oyanıblar və xalqlar sizin yalanlarınıza inanmırlar.
Ayət. İmami Kaşani İranda nüvə enerjisi məsələsini sırf elmi bir məsələ adlandırıb və təkid edib ki, nüvə enerjisi hərbi olmayıb, İranın elmi simvoludur.
Tehranın cümə namazı xitabətçisi ABŞ və onun müttəfiqlərinin İrana qarşı hədə-qorxularına habelə onların Əfqanıstan, İraq, Fələstin, Livan və Pakistandakı hərəkətlərinə işarə edərək, deyib: Bu kimi hərəkətlərin rusvayçılıq və alçaqlıqdan başqa heç bir nəticəsi yoxdur.