Türkiyə Hərbi Hava Qüvvələrinin 2-19 oktyabr tarixləri arasında İraqın şimalındakı PKK mövqelərini bombalaması nəticəsində terror təşkilatı ciddi itkilərə məruz qalıb
Türkiyə servisi/Aran Agentliyi
Türkiyə Hərbi Hava Qüvvələrinin 2-19 oktyabr tarixləri arasında İraqın şimalındakı PKK mövqelərini bombalaması nəticəsində terror təşkilatı ciddi itkilərə məruz qalıb. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı hava bombardmanları nəticəsində xeyli terrorçunun məhv edildiyini və bir çoxunun da qaçdığını açıqlayıb. Belə ki, 124 terrorçunun fərarilik edərək PKK-dan uzaqlaşdığına dair kəşfiyyat məlumatları əldə olunub. Bundan başqa, son 1 həftə ərzində ölkə daxilində 6 PKK terrorçusu məhv edilib.