Şahin Mustafayev bundan əvvəl ARDNŞ-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti vəzifəsində çalışıb
Azərbaycan servisi/Aran Agentliyi
İlham Əliyevin sərəncamı ilə Şahin Mustafayev İqtisadi İnkişaf Naziri təyin olunub. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev hökumətin yeni üzvlərini təsdiqləyib.
19 nazir və nazirin 4 müavininə şamil olan bu siyahıda təkcə iqtisadi inkişaf nazirinin səlahiyyətlərinin icra edən Heydər Babayev yeni hökumətdə təmsil olunmayıb. Onun yerinə iqtisadi inkişaf naziri vəzifəsinə Şahin Mustafayev təyin olunub.
Şahin Mustafayev bundan əvvəl ARDNŞ-ın iqtisadi məsələlər üzrə vitse-prezidenti vəzifəsində çalışıb.
Bakıda çıxan qəzetlərdən bəzisi prezidentin bu qərarına reaksiya verərək, ölkənin sürətli inkişafı ilə bağlı bir sıra yeni informasiyaların ardıcıl olaraq elan edilməsini xüsusi ilə də, yeni kabinetdə iqtisadi inkişaf nazirinin dəyişilməsini hökumətin ölkənin iqtisadi vəziyyəti ilə bağlı ziddiyyətli hərəkətinə aşkar bir nişanə kimi dəyərləndiriblər.
Bir neçə ay bundan öncə Bakıda çıxan qəzetlərdən bəzisi Heydər Babayevin ölkənin iqtisadi müqavilələrində rüşvət alması ehtimalı ilə bağlı informasiyalar yaymışdı.
Bəzi iqtisadçılar Azərbaycan Respublikasında misli görünməmiş və günü-gündən artan bahalaşmanı vəziyyətlərin nəzarətə alınmamasını Heydər Babayevin vəzifəsinin dəyişməsinin amilləri kimi izah edirlər.
Bir neçə qeyri-hökumət olan iqtisadi mərkəz cari ildə Azərbaycan Respublikasında cari inflyasiya məzənnəsinin 38% olduğundan xəbər veriblər.