ABŞ ictimaiyyətinin diqqət mərkəzində duran əsas məsələlərdən biri kimin seçkilərdə qələbə çalmasındn asılı olmayaraq, rəftarlarda dəyişikliyin edilməsidir
Türkiyə servisi/Aran Agentliyi
İİR-nin Xarici İşlər Naziri Mənuçehr Müttəki Beynəlxalq İqtisadiyyat Assambleyasının Türkiyənin İstanbul şəhərində keçirilən regional iclasının kənarında media nümayəndələri qarşısında deyib: ABŞ vertolyotlarının Suriyanın sərhəd kəndlərinə qarşı hücumları Suriyanın ərazi bütövlüyü və hakimiyyət hüququnun aşkar formada pozulması mənasında olub və bütün beynəlxalq qanunlarla ziddiyyətlidir.
Müttəki Amerika seçkiləri haqda da deyib: ABŞ ictimaiyyətinin diqqət mərkəzində duran əsas məsələlərdən biri kimin seçkilərdə qələbə çalmasındn asılı olmayaraq, rəftarlarda dəyişikliyin edilməsidir. Belə ki, ABŞ rəsmilərinin öz yanlış rəftarlarında dəyişiklik etmələri zəruri bir məsələdir.
İranın Xarici İşlər Naziri Livan böhranına işarə edərək deyib: İİR regional diplomatiya və bütün yerli və regional tərəflərin iştirakı ilə livanlı qrupları anlaşmaya istiqamətləndirməyə nail olub.
Müttəki Qarabağ məsələsinə də münasibət bildirib. İran Qafqazda sülh və sabitliyin bərqərar edilməsi üçün azəri və erməni tərəflərlə fikir mübadilələri aparmaqla humanistliyi və xeyirxahlığını nümayiş etdirib -deyə Müttəki bildirib.
İranın Xarici İşlər Naziri məntəqə ölkələrinin İsrailin Qafqaz, Livan və Fələstin dəyişikliklərinə müdaxilələri və şeytanlıqları qarşısında ayıq olmalarını istəyib.
Mənuçehr Müttəki Türkiyənin Xarici İşlər Naziri Əli Babacan ilə də görüşüb. Müttəki bu görüşdə Sionist rejimin Qafqazda böhranın yaradılmasında təhlükəli rola malik olduğunu bildirərək deyib: Təəssüflər olsun ki, biz Qafqaz, Livan və Fələstində bu ölkələrin ərazi bütövlükləri və hakimiyyət hüquqları əleyhinə yönəlmiş şeytancasına müdaxilələrin şahidiyik.
Müttəki artırıb: Bütün bunlar məntəqə ölkələrinin düşmənlərin fitnələri qarşısında ayıq olmalarını zəruri bir məsələyə çevirib.
İranın Xarici İşlər Naziri habelə deyib: Gərginliyin artması və narkotik maddələrin genişlənməsi Əfqanıstan xalqı və dövlətini nigaran edən mühüm məsələlərdəndir və ümid edirik ki, qonşu ölkələr məntəqə və Əfqanıstanda sülh və sabitliyin bərqərar edilməsi və ifratçılıq ilə mübarizə sahəsində davamlı səylərə malik olacaqlar.
Türkiyənin Xarici İşlər Naziri də bu görüşdə Əfqanıstanda qarşıdurmaların artmasından nigaranlıq edərək deyib: Bu ölkədə təhlükəsizlik vəziyyəti günü-gündən pisləşir.
İran və Türkiyənin Xarici İşlər Nazirləri habelə ümidvarlıq ediblər ki, tezliklə iki ölkə arasında müştərək iqtisadi komissiyanın yaradılması ilə əməkdaşlıqların genişləndirilməsi istiqamətində mövcud olan yeni imkanlar araşdırılsın və lazımi tədbirlər görülsün.
Beynəlxalq İqtisadiyyat Assambleyasının bir günlük Avropa-Mərkəzi Asiya iclası İstanbulda keçirilib.