Rusiya Qarabağ münaqişəsinin həlli istiqamətində imzalanması üçün bir sənəd hazırlayıb və Azərbaycan Respublikası və Ermənistan prezidentlərinə təqdim edib
Azərbaycan servisi/Aran Agentliyi
Az. R. prezidenti rus və erməni həmkarı ilə görüşüb Dağlıq Qarabağ münaqişəsi haqda danışıqlar aparmaq məqsədi ilə noyabrın 1-dən Moskvadadır. Deyilənlərə görə, Rusiya Qarabağ münaqişəsinin həlli istiqamətində imzalanması üçün bir sənəd hazırlayıb və Azərbaycan Respublikası və Ermənistan prezidentlərinə təqdim edib. Amma məlumatlı mənbələr bildiriblər ki, ABŞ Qarabağ münaqişəsinin həllində Rusiyanın, təşəbbüsü öz əlinə alması ilə müxalifdir. Bu üzdən Azərbaycan R. və Ermənistan başçılarına təzyiq göstərmək yolu ilə Moskvada hər hansı bir anlaşma sənədinin imzalanmasına mane olmağa çalışır.
1992-ci ildə Tehranda Azərbaycan R. və Ermənistan arasında atəşkəs ilə bağlı ilkin anlaşmanın əldə olmasının ardınca Rusiya və Amerika Az. R. və Ermənistandakı asılı ünsürlərdən istifadə edərək, müharibə alovlarını daha da qızışdırdılar və əldə olunmuş anlaşmanı müvəffəqiyyətsizliyə uğratdılar.