Tarix : 2008 Nov 03
Kod 8475

İran və Azərbaycan qaz alqı-satqısına dair məsələləri müzakirə edəcək

Tehranda İran və Azərbaycan nümayəndə heyətləri iki ölkə arasında qaz alqı-satqısına dair məsələləri müzakirə edəcək
Azərbaycan servisi/Aran Agentliyi
   Tehranda İran və Azərbaycan nümayəndə heyətləri iki ölkə arasında qaz alqı-satqısına dair məsələləri müzakirə edəcək. Qonşu ölkənin kütləvi informasiya vasitələrinin yaydığı məlumata görə, tərəflər arasında müzakirələrin əsas mövzusu İranın Azərbaycandan təbii qaz idxalının perspektivlərilə bağlı olacaq.
    Həmçinin, mavi yanacağın İran ərazisi ilə tranziti də müzakirə ediləcək. Qeyd edək ki, indi İran Naxçıvan Muxtar Respublikasına sutkada 1 milyon kubmetr qaz ötürür. Bu həcmi isə Azərbaycan mövcud kəmərlər vasitəsi ilə Astaradan İrana qaytarır. İran tərəfi Xəzərin Azərbaycan sektorundakı «Şahdəniz» yatağından hasil edilən qazı almağa da maraq göstərir. Tərəflər arasında bu məsələnin də müzakirə edilməsi nəzərdə tutulub.
  • Yazılıb
  • da (də) 2008 Nov 03