Tarix : 2008 Nov 03
Kod 8483

MOSKVADA ABŞ ƏLEYHİNƏ AKSİYA

Minlərlə Rusiya vətəndaşı ABŞ-ın Qafqaz və Orta şərqdə müharibəpərəst siyasətinə etiraz əlaməti olaraq Moskvada nümayiş keçirib
Rusiya servisi/Aran Agentliyi

Minlərlə Rus, Moskvadakı ABŞ səfirliyi qarşısında Vaşinqtonu təcavüzkar xarici siyasətləri səbəbiylə tənqid edən bir nümayiş başlatdı. Əllərində balqabağ gəzdirən etirazçılar, balqabaqların hər birinə ABŞ-ın apardığı işğal,ı müharibələr nəticəsində ölənlərin adını yazıblar.

Əksəriyyətinin 20 yaşında qadın və kişilərdən ibarət olan meydana gələn etirazçılar, Qafqazda baş verən müharibələrdə ABŞ-ın günahkar olduğunu bildirərək, "ABŞ icazə verməsə Gürcüstan prezidenti Mixail Saakaşvili Cənubi Osetiyaya hücum etməz" söyləyiblər.

"Birlik-Azərbaycan" İnformasiya Agentliyi "Press Tv"-yə istinadən xəbər verir ki, dünən başlayan etirazda danışan 19 yaşındakı aktivist, "Amerikalılar beynəlxalq arenada diqtə etməyi vərdiş ediblər. Bunun ən təəccüblü nümunələri Gürcüstan və Ukrayna inqilabları və İraq döyüşüdür. Bizə necə yaşayacağımızın deyilməsindən xoşlanmırıq. Sülh niyyətli əsgərlərimizə hücum edilməsini istəmirik." deyib.

Qeyd edək ki, etiraz axsiyası əsnasında, təqribən 15 minə yaxın insan aksiyada iştirak edib. Rusiya polisi isə aksiya zamanı geniş təhlükəsizlik tədbirləri görüb və ABŞ səfirliyinə gedən prospektləri bağlayıb.

  • Yazılıb
  • da (də) 2008 Nov 03