Tarix : 2008 Nov 03
Kod 8484

ZƏRDÜŞT ƏLİZADƏ: BƏYANNAMƏNİN ARXASINDA HANSISA RAZILAŞMA VAR

Politoloq Zərdüşt Əlizadə «Media forum» saytına açıqlamasında noyabrın 2-də Moskvada Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin imzaladığı bəyannamənin ümumi söz yığnağı olduğunu deyib
Azərbaycan servisi/Aran Agentliyi

Politoloq güman edir ki, bəyənnamənin arxasında hansısa razılaşma var: «Bu görüşdən sonra Ermənistan prezidenti tez uçur Fransaya. İlham Əliyevin sifətində isə razılıq əlaməti vardı. Amma bu razılıqlar nəyin əsasındadır? Bunu zaman göstərəcək».

Z.Əlizadənin fikrincə, bir vaxtlar ATƏT-in Lissabon sammitində imzalanan sənəd münaqişənin həllinə dair daha konkret məqamları özündə əks etdirirdi, nəinki Moskva bəyannaməsi: «Rusiya Cənubi Qafqazın ağası olduğunu sərgiləmək istəyir. Prezidentləri çağırıb deyir imzalayın, onlar da imzalayır. Amma bunun arxasında kimə nə veriləcək, onu zaman göstərər. Rusiya Ermənistandan lazımınca istifadə edib, indi də Azərbaycan və Mərkəzi Asiyanın qazına sahib çıxmaq istəyir. Bu baxımdan Dağlıq Qarabağ probleminin həllinin Rusiyaya böyük geosiyasi dividend gətirə biləcəyini söyləmək olar».

  • Yazılıb
  • da (də) 2008 Nov 03