Tarix : 2008 Nov 03
Kod 8489

İranda 13 aban günü nümayişləri

İran xalqı bu gün həmin münasibətlə ölkənin bütün şəhərlərində etiraz nümayişləri keçirərək Amerikanın qlobal miqyasda istilaçı hərəkətlərini pisləyib
İİR servisi/Aran Agentliyi

Bu gün aban ayının 13-ü noyabrın 3-ü İranda ABŞ-a məxsus casusluq yuvasının tutulmasının ildönümü, dünya imperializminə qarşı milli mübarizə günündür. İran xalqı bu gün həmin münasibətlə ölkənin bütün şəhərlərində etiraz nümayişləri keçirərək Amerikanın qlobal miqyasda istilaçı hərəkətlərini pisləyib. Tehranda da minlərlə nümayişçi ABŞ-ın keçmiş səfirliyi qarşısına toplaşaraq imperializmə ölüm , İsrailə ölüm şüarları ilə müstəmləkəçi zorakı dövlətlərə xüsusilə Amerikaya dərin nifrətini bildirib. Mərasimin sonunda Amerika və İsrailin bayraqları yandırılıb.
Xatırladaq ki, 1979-cu il noyabrın üçündə İmam Xomeyni Həzrətlərinin yoluna tərəfdarlıq edən tələbələr Tehranda Amerikanın casusluq yuvasına çevrilmiş səfirliyini tutaraq , 72 diplomatı 444 gün girov saxladı. İmam Xomeyni bu hadisəni ikinci inqilab adlandırmışdı.

  • Yazılıb
  • da (də) 2008 Nov 03