Bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Parisdə jurnalistlərə açıqlamasında deyib
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
“Həmsədrlər danışıqlaırn davam etdirilməsi və prosesin aktivləşməsi üçün yaxın zamanlarda regiona səfər etməyi planlaşdırırlar”. “Novosti-Armeniya” agentlyinin məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan Parisdə jurnalistlərə açıqlamasında deyib. O bildirib ki, Azərbaycan, Ermənistan və Rusiya prezidentlərinin Moskvada baş tutmuş görüşündən sonra Dağlıq Qarabağ münaqişəsinin həlli üçün bir qapı açılacağına ümid edir. “Bu təşəbbüs danışıqların aktivləşməsi baxımından yeni mərhələ üçün çox vacibdir. Prezidentlər iki ölkənin xarici işlər nazirlərinə danışıqları aktivləşdirməri tapşırdılar”, deyə Nalbandyan bildirib. Onun sözlərinə görə, bəynannamə imzalandıqdan sonra ATƏT-in Minsk qrupunun həmsdərləri yenidən görüşərək müzakirələri davam etdiriblər.
Xatırladaq ki, Ermənistan prezidenti Serj Sarksiyan Moskvadan birbaşa Parisə yola düşüb. Onun Fransa prezidenti Nikola Sarkozi və digər rəsmi şəxslərlə görüşəcəyi, daha sonra isə Brüsselə yola düşəcəyi gözlənilir.