Ukraynanın xarici işlər naziri Vladimir Oqrızko ilə Demokratiya və İqtisadi İnkişaf Uğrunda beynəlxalq təşkilat - GUAM-ın baş katibi Valeri Çeçelaşvili arasında görüş keçirilib
Azərbaycan SERVİSİ/ARAN AGENTLİYİ
Ukraynanın xarici işlər naziri Vladimir Oqrızko ilə Demokratiya və İqtisadi İnkişaf Uğrunda beynəlxalq təşkilat - GUAM-ın baş katibi Valeri Çeçelaşvili arasında görüş keçirilib. Görüşdə təşkilatın milli əlaqələndiricilərinin növbəti toplantısı ilə bağlı müzakirələr aparılıb. Toplantının noyabrın 20-21-də Kiyevdə keçirilməsi qərara alınıb. V. Oqrızko ilə V. Çeçelaşvili GUAM formatı çərçivəsində əməkdaşlıq, təşkilatın katibliyinin binasının açılışı məsələlərini də müzakirə ediblər. Qeyd edək ki, katibliyin binası bu ilin sonuna kimi açılmalıdır.