Tarix : 2008 Nov 04
Kod 8509

İran Suriyanı dəstəkləyir

Düşmənin region qarşısındakı strategiyası uğursuz qalıb və hazırda düşmənin fitnəkar planları bir-birinin ardınca ifşa olunur
İRİ SERVİSİ/ARAN AGENTLİYİ

İİR-nin XİN başçısı Suriya rəsmiləri ilə görüş və fikir mübadilələrindən sonra Dəməşqdən Tehrana geri dönüb. O Dəməşqə daxil olduqdan sonra bu ölkənin prezidenti Bəşar Əsədlə görüşüb . Görüşdə iki tərəf qarşılıqlı əlaqələri strateji sayaraq , onun genişlənməsini vurğulayıb.
İranın xarici işlər naziri Suriyanın vitse-prezidenti Faruq əl-Şər ilə görüşdə deyib: Düşmənin region qarşısındakı strategiyası uğursuz qalıb və hazırda düşmənin fitnəkar planları bir-birinin ardınca ifşa olunur.
Müttəki həmçinin dünyadakı maliyyə böhranına işarə edərək söyləyib : Dünya iqtisadiyyatının xəstəliyi üzündən Amerikanın iqtisadi problemi dünya ölkələrinin iqtisadiyyatlarına təsir edib və bu məsələ göstərir ki, dünya iqtisadiyyatı birtərəflidir , bu da dünyanın maliyyə və pul iqtisadiyyatının zəifliyinin dəlilidir.
Suriyanın vitse prezidenti də deyib: Bəzi region ölkələri və qruplarının Tehran ilə Dəməşq arasında ayrılıq salmaq üzrə cəhdlərinə rəğmən bu əlaqələr yüksək səviyyədə olmaqda davam edir və iki ölkənin başçıları daim İran-Suriya strateji əlaqələrinin önəmini vurğulayırlar .
Müttəki Faruq əl-Şər ilə görüşdən sonra bir müsahibədə bir daha ABŞ-ın Suriyaya qarşı hücumunu pisləyərək İran xalqı və dövlətinin Suriyanın xalqı və dövləti ilə həmrəyliyini bildirib və belə deyib: Amerikanın Suriyaya hücumu Birləşmiş Ştatların Suriyanı zəiflətmək üzrə qüdrət nümayişindən öncə Vaşinqtonun zəifliyi və acizliyi nişanəsidir.

  • Yazılıb
  • da (də) 2008 Nov 04