Dünyada işğalçı və hegemonçu quruluşlar daim haqq və ədaləti müdafiə edən xalqlarla mübarizəyə qalxırlar
Azərbaycan servisi/Aran Agentliyi
Rəsmi Bakı ilə müxalif olan partiyalar Moskvada Rusiyanın vasitəçiliyi ilə Azərbaycan R. və Ermənistan prezidentləri arasında bəyannamənin imzalanmasına mənfi reaksiyalar veriblər. Bakı müxbirimizin məlumatına əsasən, Azərbaycan Respublikası İslam partiyası bir bəyanatda, bu bəyannamənin maddələri ilə müxalifət edərək bildirib: Dünyada işğalçı və hegemonçu quruluşlar daim haqq və ədaləti müdafiə edən xalqlarla mübarizəyə qalxırlar.
Azərbaycan Respublikası Müsavat partiyası da öz bəyanatında belə qeyd edib: Rusiya prezidentinin vasitəçiliyi ilə Bakı ilə İrəvan arasında Dağlıq Qarabağ barədə bəyannamənin bağlanması Azərbaycan Respublikası üçün qəbul olunmaz bir durum yaradır. Zira Qarabağ münaqişəsinin "Madrid razılaşmaları" əsasında həlli Azərbaycan Respublikasının milli maraqları ilə təzaddadır və ölkənin ərazi bütövlüyü prinsipini şübhə altına alacaq.
Azərbaycan Respublikasında bir qrup politoloq da bu bəyannamə əleyhinə mövqe tutub.
Azərbaycan Respublikasının sabiq prezidentinin müşaviri Vəfa Quluzadə, politoloqlar Rasim Musabəyov və Rüstəm Məmmədov, AXCP-nin islahatçılar adlandırılan qolunun sədri Əli Kərimli, Azərbaycan Respublikasının keçmiş prezidenti Ayaz Mütəllibov və bir sıra digər siyasi şəxsiyyət Moskva bəyannaməsini tənqid edərək, onun Bakı üçün qoyacaq təsirlərindən nigaranlıq ifadə ediblər.
5 maddəlik Moskva bəyannaməsinə əsasən, Azərbaycan Respublikası və Ermənistan prezidentləri Qarabağ münaqişəsinin dinc həlli və müzakirələrin Minsk qrupu çərçivəsində sürətləndirilməsini vurğulayıblar.