Daxili İşlər Nazirliyi Bakıda keçirdiyi “Təhlükəsiz Şəhər” layihəsi çərçivəsində əhalinin sıx olduğu yerlərə videomüşahidə qurğuları quraşdırır
Azərbaycan servisi/Aran Agentliyi
Bu barədə DİN-in Baş Mühafizə İdarəsinin rəisi Mədəd Quliyev bildirib: “Bu layihənin həyata keçirilməsində məqsəd cinayətkarlığın qarşısını vaxtında almaq, eləcə də ictimai yerlərdə təhlükəsizliyi təmin etmək və törədilmiş cinayətlərin üstünü açmaqdır”.
M. Quliyevin sözlərinə görə, video-müşahidə qurğuları küçələrdə baş verən hadisələri lentə alacaq. Lazım olduqda hüquq-mühafizə orqanları həmin məlumatlardan istifadə edəcəklər.