Tarix : 2008 Nov 05
Kod 8527

BAKIDA ƏHALİNİN SIX OLDUĞU YERLƏRƏ KAMERALAR QURAŞDIRILIR

Daxili İşlər Nazirliyi Bakıda keçirdiyi “Təhlükəsiz Şəhər” layihəsi çərçivəsində əhalinin sıx olduğu yerlərə videomüşahidə qurğuları quraşdırır
Azərbaycan servisi/Aran Agentliyi

Bu barədə DİN-in Baş Mühafizə İdarəsinin rəisi Mədəd Quliyev bildirib: “Bu layihənin həyata keçirilməsində məqsəd cinayətkarlığın qarşısını vaxtında almaq, eləcə də ictimai yerlərdə təhlükəsizliyi təmin etmək və törədilmiş cinayətlərin üstünü açmaqdır”.
M. Quliyevin sözlərinə görə, video-müşahidə qurğuları küçələrdə baş verən hadisələri lentə alacaq. Lazım olduqda hüquq-mühafizə orqanları həmin məlumatlardan istifadə edəcəklər.

  • Yazılıb
  • da (də) 2008 Nov 05