Azərbaycan servisi/Aran Agentliyi
Əbu Bəkr məscidində çox ağır və dəhşətli cinayət hadisəsi baş verib. Bunu bütün Azərbaycan bilir. Məsciddə partlayış törədilib, insanlar həlak olub.
“Əbu Bəkr”də baş verənlər Azərbaycanın din tarixində görünməmiş hadisədir. Bununla bağlı çox yüksək peşəkarlıqla istintaq aparılır”. APA-nın məlumatına görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Hidayət Orucov deyib.
Komitə sədri “Əbu Bəkr” məscidinin açılmasının yalnız istintaq başa çatandan sonra mümkün ola biləcəyini bildirib: “Hamı məscidin nə vaxt açılacağını soruşur. Fikrimcə, məscidin açılması istintaqdan asılıdır”.