Görüşdə ölkələr arasında əlaqələrin bütün sahələrdə daim genişlənməsindən məmnunluq ifadə olundu
Azərbaycan servisi/Aran Agentliyi
TÜRKİYƏ VƏ AZƏRBAYCAN PREZİDENTLƏRİNİN GÖRÜŞÜ(19:21)
AzərTAc-ın xüsusi müxbiri xəbər verir ki, noyabrın 5-də Türkiyə Respublikası Prezidentinin iqamətgahında – Çankaya köşkündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Abdullah Gülün təkbətək görüşü olmuşdur.
Görüşdə ölkələr arasında əlaqələrin bütün sahələrdə daim genişlənməsindən məmnunluq ifadə olundu, Azərbaycan Prezidentinin növbəti seçkilərdəki qələbəsindən sonra da ilk rəsmi səfərini Türkiyəyə etməsi ikitərəfli əlaqələrin yüksək səviyyədə olmasının yaxşı nümunəsi kimi qiymətləndirildi.
Söhbət zamanı ikitərəfli münasibətlərin siyasi, iqtisadi və bütün sahələrdə daha da inkişaf edəcəyinə əminlik ifadə olundu. Türkiyə ilə Azərbaycan arasındakı əlaqələrin həm iki ölkə, həm xalqlarımız üçün, həm də regionda sülhün və sabitliyin təmin olunması baxımından böyük önəm daşıdığı vurğulandı.