Bakıda cinayətkarlığa qarşı mübarizə ilə əlaqədar olaraq, bir sıra xüsusi layihələr hazırlanıb
Azərbaycan servisi/Aran Agentliyi
«Bakıda cinayətkarlığa qarşı mübarizə ilə əlaqədar olaraq, bir sıra xüsusi layihələr hazırlanıb». Bu haqda məlumatı ANS PRESS-ə DİN Baş Mühafizə Xidməti İdarəsinin rəisi, general-mayor Mədət Quliyev verib. Onun sözlərinə görə, daxili işlər naziri Ramil Usubov cinayətkarlığa qarşı mübarizədə xüsusi texniki vasitələrdən istifadə etmək üçün proqramlar hazırlanması məqsədi ilə aidiyyatı orqanlara tapşırıqlar verib. «Bu layihələrdən ən vacibi «Təhlükəsiz şəhər» layihəsidir. Sözügedən layihəyə əsasən, xüsusi mənzillər və obyektlərin mühafizəsi həyata keçiriləcək. Şəhərin müxtəlif ərazilərində, o cümlədən camaatın daha çox olduğu yerlərdə, küçələrdə, nəqliyyat vasitələrində xüsusi kameralar quraşdırılacaq. Bu kameralar vasitəsilə şəhərin istənilən nöqtəsində baş verəcək neqativ hallar və cinayət hadisələrindən dərhal xəbər tutulacaq. Azərbaycan inkişaf tempinə görə ən irəlidə gedən ölkələrdən biridir. Bu gün Baş Mühafizə İdarəsi tərəfindən qorunan obyektlərin sayı 10 mindir və həmin obyektlər ən son mühafizə xidməti və texnika ilə təchiz edilib. Gələcəkdə bu işləri daha müasir texnika ilə davam etdirmək niyyətindəyik» - deyə o, bildirib