Prezident Aparatına qəbula gələn 55 yaşlı Rafiq Axundov özünə bıçaqla bir neçə xəsarət yetirib
  Azərbaycan servisi/Aran Agentliyi
Dünən  Prezident Aparatının binasında bıçaqlanma hadisəsi baş verib. ANS PRESS-in məlumatına görə, hadisə qəbul otağında olub. Təcili Tibbi Yardım Stansiyasından faktı təsdiqləyərək ANS PRESS-ə bildiriblər ki, Prezident Aparatına qəbula gələn 55 yaşlı Rafiq Axundov özünə bıçaqla bir neçə xəsarət yetirib.
Qarın boşluğuna bıçaq zərbələri endirən R.Axundov Təcili Tibbi Yardım Mərkəzinə aparılıb. Yaralının vəziyyəti ağırdır. Faktı Səbayel Rayon Polis İdarəsindən və 9-cu polis bölməsindən də təsdiqləyiblər.