ABŞ-ın iqtisadi durumunun ağırlaşması ilə nəticələnən bu ölkə xalqına əbəs və zalımcasına müharibələrin yüksək xərclərini qəbul etdirmək, Buşun Amerika xalqı üçün töhfəsi olub
İİR servisi/Aran Agentliyi
İİR dövlətinin sözçüsü ümidvarlıq edib ki, Barak Obama Amerikaya qarşı beynəlxalq etimadsızlığını aradan qaldırılmasına çalışsın. İRNA xəbər verir: Qulamhüseyn İlham bildirib: Ümid edirik ki, Amerika xalqına dəyişiklik vədi ilə onun etimadını qazana bildiyi kimi, bu ölkənin beynəlxalq məsələlərə münasibətində əsaslı dəyişikliklər yaratmaq insanlar və xalqların hüquqlarına hörmət, habelə ölkələrə qarşı təcavüz və hegemonçuluğa son qoymaqla Amerikanın beynəlxalq imicinin bərpası və bu ölkəyə qarşı artmaqda olan etimadsızlığın aradan qaldırılmasına səy göstərsin.
Q.İlham artırıb: Amerika xalqının bu ölkənin prezident seçkilərində misilsiz iştirakı onu göstərdi ki, Corc Buşun siyasəti nəinki beynəlxalq səviyyədə həmdə Amerikanın özündə də geniş nifrət dalğası yaradıb və ABŞ xalqında meydana gəlmiş dəyişmək üzrə ciddi əzmkarlığa səbəb olub.
İran dövlətinin sözçüsü həmçinin deyib: ABŞ-ın iqtisadi durumunun ağırlaşması ilə nəticələnən bu ölkə xalqına əbəs və zalımcasına müharibələrin yüksək xərclərini qəbul etdirmək, Buşun Amerika xalqı üçün töhfəsi olub.