Tarix : 2008 Nov 06
Kod 8551

DİNİ QURUMLARLA İŞ ÜZRƏ DÖVLƏT KOMİTƏSİ AÇIQLAMA VERİB

Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Əbu Bəkr” kimi tanınan Nərimanov rayon “Cümə” məscidinin fəaliyyətinin bərpa edilməsini məqsədəuyğun saymır
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycanın Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi “Əbu Bəkr” kimi tanınan Nərimanov rayon “Cümə” məscidinin fəaliyyətinin bərpa edilməsini məqsədəuyğun saymır. Bu barədə APA-ya açıqlamasında Komitənin Dini Qurumlarla İş Şöbəsinin müdiri Gündüz İsmayılov bildirib.

Şöbə müdiri dövlət komitəsinin bu mövqeyinin dəfələrlə açıqlandığını deyib: “Biz məscidin fəaliyyətinin bərpa edilməsi məsələsinə yalnız istintaq bitdikdən sonra baxılmasının tərəfdarıyıq. İstintaq bitməmiş məscidin fəaliyyətinin bərpa edilməsi, bu barədə hansı ünvanasa məktub göndərilməsi ilə bağlı açıqlamalar həqiqətə uyğun deyil və cəmiyyətdə çaşqınlıq yaratmaq məqsədi daşıyır”.
 
  • Yazılıb
  • da (də) 2008 Nov 06