Tarix : 2008 Nov 06
Kod 8553

ATƏT-in MİNSK QRUPU HƏMSƏDRLƏRİ NOYABRIN SONUNDA REGİONA SƏFƏR EDƏCƏK

Bu gün Vyanada ATƏT-in Minsk qrupu həmsədrləri Bernar Fasye (Fransa), Metyu Brayza (ABŞ) və Yuri Merzlyakovun (RF) görüşü keçiriləcək
Azərbaycan servisi/Aran Agentliyi

Vasitəçilər Azərbaycan və Ermənistan prezidentlərinin Dağlıq Qarabağ üzrə bəyannamənin imzalanması ilə başa çatan Moskva görüşünün yekunlarını müzakirə edəcəklər.

   Elə həmin gün Bakı vaxtı ilə saat 20-də həmsədrlər Vyanada mətbuat konfransı keçirəcəklər. Qeyd edək ki, bu, vasitəçilərin mətbuat konfransını münaqişə iştirakçısı olan ölkələrdə keçirmədiyi nadir hallardandır.

   Turana diplomatik mənbələrdən bəlli olub ki, noyabrın üçüncü ongünlüyündə həmsədrlər regiona səfər edəcəklər və təxminən noyabrın 24-25-də Bakıya gələcəklər. Vasitəçilərin tərəflərə Madrid təkliflərinin yenilənmiş variantını təqdim edəcəyi gözlənilir.

  • Yazılıb
  • da (də) 2008 Nov 06