Bu bəyannamənin maddələrinə əsasən, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması əsasında çözüləcək
Azərbaycan servisi/Aran Agentliyi
Azərbaycan R. prezidenti türkiyəli həmkarı ilə görüşünün ardınca Ankarada KİV nümayəndələri ilə görüşdə Ankara səfərinin sonuclarını açıqlayıb. İlham Əliyev Rusiya prezidentinin vasitəçiliyi ilə Moskvada Azərbaycan Respublikası ilə Ermənistan arasında bağlanmış bəyannaməyə toxunaraq deyib: Bu bəyannamənin maddələrinə əsasən, Dağlıq Qarabağ münaqişəsi Azərbaycan Respublikasının ərazi bütövlüyünün qorunması əsasında çözüləcək.
Əliyevin təbirincə desək, "Moskva sənədi, Dağlıq Qarabağın mülkiyyəti üstündə Azərbaycan Respublikası ilə Ermənistan arasında mövcud olan fikir ayrılıqlarının aradan qaldırılması üçün münasib zəmin yaradacaq."
Azərbaycan Respublikası prezidenti həmçinin söyləyib: Məsələ zahirən ondan xəbər verir ki, Ermənistan nəhayət Qarabağ münaqişəsinin yekun həll yolu, eləcədə Qarabağın statusunun təyini məqsədi ilə bu məntəqədə referendumun keçirilməsi prosesinin sırf olaraq erməni qüvvələrin işğal olunmuş ərazilərdən çıxmaları və Azərbaycan Respublikasından olan bütün müharibə qaçqını və didərginin öz ev-eşiyinə qayıtmasından asılı olduğunu dərk edib.
İlham Əliyevin sözləri elə bir haldadır ki, siyasi təhlilçi və tənqidçilər, Moskva bəyannaməsinin Azərbaycan Respublikası xalqının maraqlarının zərərinə olması qənaətindədirlər.