Tarix : 2008 Nov 06
Kod 8557

GÜRCÜSTANIN OSETİYAYA ATDIĞI BOMBALAR İSRAİL İSTEHSALI OLUB

İnsan Hüquqlarının müdafiəsi Təşkilatının ekspertləri Sionist rejimin Gürcüstanla hərbi həmkarlığı haqqında heyrət doğuran həqiqətlər əldə edib
Gürcüstan servisi/Aran Agentliyi
Gürcüstanın C.OAsetiyaya atdığı bombalar İsrail istehsalıdır.

İslam-Azeri-nin istinadlı xəbərinə görə İnsan Hüquqlarının müdafiəsi Təşkilatının ekspertləri Sionist rejimin Gürcüstanla hərbi həmkarlığı haqqında heyrət doğuran həqiqətlər əldə edib.

İzvestiya internet qəzetinin yazdığına görə, Human Rayts Watch Təşkilatı bildirib ki, gürcü qüvvələrin Cənubi Osetiyaya hücumda işlətdiyi Sionist rejim istehsalı olan NAPALM bombaları nöqsanlara malikdirlər ki, bu bombaların Tsxinvalinin izdihamlı məntəqələrinə atılması çoxlu sayda mülkinin ölümünə səbəb olub.
Tbilisi başçıları Gürcüstana NAPALM bombaların satışında Sionist rejim şirkətinin adına toxunmurlar. Ancaq Pentaqondakı bəzi mənbələr deyiblər ki, Gürcüstan bu bombaları Sionist "Militari İndastriz" şirkətindən alıb.

Sionist rejim özünə lazım olan NAPALM bombalarını ABŞ-dan almağa üstünlük verir. Sionist rejim şirkətinin istehsal edən NAPALM bombaları keyfiyyət və texniki cəhətdən problemlərə malikdir və bu üzdən öz məhsullarını başqa ölkələrə satır.
  • Yazılıb
  • da (də) 2008 Nov 06