Enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuş sammitdə əsas diqqət Odessa-Brodı neft kəmərinə və Baltikyanı ərazidən keçəcək nəqliyyat dəhlizinə yönələcəkdir
  Azərbaycan servisi/Aran Agentliyi
AzərTAc xəbər verir ki, növbəti enerji sammiti noyabrın 13-14-də Bakıda keçiriləcəkdir. 
 
Sammitdə ABŞ dövlət katibinin Avrasiya məsələləri üzrə müşaviri Mətyu Brayzə də iştirak edəcəkdir. 
 
Enerji təhlükəsizliyi məsələlərinə həsr olunmuş sammitdə əsas diqqət Odessa-Brodı neft kəmərinə və Baltikyanı ərazidən keçəcək nəqliyyat dəhlizinə yönələcəkdir. 
 
İlk enerji sammiti 2006-cı ilin mayında Krakovda, ikinci sammit 2007-ci ilin noyabrında Vilnüsdə, son sammit isə bu ilin mayında Kiyevdə keçirilmişdir.